USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Diaspor fəalımız dünyanın ən fenomenal yaddaşa malik on insanından biri seçilib


https://img.baki-baku.az/news/2023/07/photo_7626.jpg

İspaniyanın Barselona şəhərində yaşayan Orxan İbadov universitetlər şəhəri olan Lilldə keçirilmiş yaddaş üzrə Fransa açıq çempiontının qalibi olub.

15 ölkədən 50-dən çox iddiaçının iştirak etdiyi çempionat Azərbaycan təmsilçisinə qarşı qərəzli münasibətin açıq-aşkar nümayişi və ağır psixoloji durumun yaradılması ilə müşayiət olunub. Lakin soydaşımız soyuqqanlılığını qorumağı və rəqiblərinə üstün gəlməyi bacarıb. 

Çempionatın ilk günündə dörd yarışdan sonra Orxan İbadov beşinci yeri tutub. Lakin ertəsi gün çempionatın lideri sayılan Silven Arvidye ilə arasındakı fərqi minimuma endirərək, son müsabiqənin gedişində əsas rəqibini 9 xal qabaqlayıb və çempion titulunu qazanıb.

Qeyd edək ki, 37 yaşlı Orxan İbadov indiyədək Almaniya, Türkiyə, Misir, Filippində keçirilən yaddaş üzrə açıq çempionatlarda və turnirlərdə uğurlu nəticələr göstərib. O, yaddaş və təhsil sahəsində dünyanın aparıcı ekspertlərindən və dünyanın ən fenomenal yaddaşa malik olan ilk on insanından biri hesab olunur.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan Orxan İbadov hazırda Avropa və Cənub-Şərqi Asiyanın bir sıra təhsil müəssisələrində təhsilin inkişafı üzrə məsləhətçi vəzifəsində çalışır. Yaddaşı, beyni və təfəkkürün məhsuldarlığını gücləndirmək üçün mütəmadi olaraq İspaniya və digər Avropa ölkələrində korporativ və fərdi təlimlər keçir.

Orxan İbadov həm də Barselona Azərbaycanlıları Cəmiyyətinin fəal üzvü olaraq icmamızın fəaliyyətində yaxından iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsi həmyerlimizi gərgin yarışda qazandığı çempion titulu münasibətilə təbrik edir, bundan sonra da parlaq və davamlı uğurlar əldə etməyi arzulayır.

Anar ƏLİ




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Elm və təhsil