USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İşğaldan azad olunmuş ərazilərdə torpaqların tədqiqinə başlanılıb


https://img.baki-baku.az/news/2023/07/photo_7625.jpg

İşğaldan azad olunmuş ərazilərimizə “Böyük Qayıdışın” təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə bərabər, artıq bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlərə də başlanılıb. Qarabağın işğaldan azad edilmiş torpaqlarının tədqiqi məsələləri aqrar sahəyə aid elmi fəaliyyətlə məşğul olan alimlərin üzərinə mühüm vəzifələr qoyur.

Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Görüş zamanı Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi fəaliyyəti və Tərtər rayonu ərazisində, xüsusilə rayonunun işğaldan azad olunmuş kəndlərində torpaq tədqiqatları aparmaq məqsədi ilə qarşılıqlı əməkdaşlıq haqqında  müzakirələr aparılıb.

Daha sonra ərazidə əkinə yararlı torpaqlarda bağaltı, taxılaltı sahələrindən torpaqların qiymətləndirilməsi məqsədilə analiz üçün torpaq nümunələri götürülüb. Tərtər rayonunun işğaldan azad olunmuş Çaylı kəndi  və digər ərazilərdən monitorinq məqsədi ilə torpaq nümunələri götürülüb və ərazi vizual olaraq tədqiq edilib.

Anar ƏLİ




Redaktorun seçimi

Fransanın Cənubi Qafqaz pozuculuğu
  • Daxili siyasət
  • 10:28 03.10.2023
Fransanın Cənubi Qafqaz pozuculuğu
Yüksək xidmət–aşağı qiymət
  • İqtisadiyyat
  • 14:34 02.10.2023
Yüksək xidmət–aşağı qiymət
Sülh “məlhəmi” və Femida
  • Daxili siyasət
  • 14:32 02.10.2023
Sülh “məlhəmi” və Femida

Elm və təhsil