- İqtisadiyyat
- 17:47 03.10.2023
Sertifikatlaşdırma prosesinin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlərə başlanacaq.
Bu fikri elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşündə söyləyib.
“Müəllimlik peşəsi ən rəqabətli sahədir. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Sertifikatlaşdırma prosesi müəllimlərin həyatının yaxşılaşdırılmasına hesablanıb”, - deyə təhsil naziri əlavə edib.
Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”