- İqtisadiyyat
- 17:47 03.10.2023
Sertifikatlaşdırma prosesinə cəlb edilmiş 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb. 10 faizi isə 10-19 bal toplayıb. 51 bal həddini keçən müəllimlərin göstəricisi isə 17 faiz təşkil edib.
Bunu Elm və Təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib.
Rizvan FİKRƏTOĞLU