USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti”nin təqdimatı


https://img.baki-baku.az/news/2023/07/photo_7599.jpg

Mərkəzi Elmi Kitabxanada AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli və Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun III Biotəhlükəsizlik Səviyyəli Mərkəzi Referens Laboratoriyasının direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Şəlalə Zeynalovanın “Vahid sağlamlıq: insanlar, heyvanlar və ətraf mühit izahlı terminlər lüğəti”nin təqdimatı keçirilib.

Lüğətin redaktoru AMEA-nın müşaviri, akademik Qərib Məmmədov, redaksiya heyətinin üzvləri isə AMEA-nın müxbir üzvləri Pənah Muradov, Zeynal Əkpərov, Milli Məclisin deputatı Tahir Rzayev, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sialə Rüstəmova, AQTA-nın şöbə müdiri, dosent Qalib Əbdüləliyev, Bakı Dövlət Universitetinin müşaviri, molekulyar biologiya və genetika üzrə fəlsəfə doktoru Xalid Bayramlı, Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva və ADA Universitetinin əməkdaşları, biologiya üzrə fəlsəfə doktorları Səidə Əliyeva və Asəf Ömərovdur.

Lüğətdə müxtəlif elm sahələrinə (baytarlıq, biologiya, zoologiya, molekulyar biologiya, təhlükəsizlik, biotexnologiya, mikrobiologiya, parazitalogiya, qida təhlükəsizliyi, heyvandarlıq, genetika və s.) aid 2000-ə yaxın termin, terminoloji birləşmələrin izahı və onların ingilis, rus dillərində qarşılığı verilib. Həmçinin ilk dəfə olaraq kitabda bir çox alınma terminlər Azərbaycan dilində transkripsiya, transliterasiya olunub.

Multidissiplinar lüğət geniş oxucu kütləsi üçün, xüsusilə tələbələr, doktorantlar, elmi işçilər və kənd təsərrüfatının müxtəlif sahələri üzrə çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Anar ƏLİ

 

 




Redaktorun seçimi

Fransanın Cənubi Qafqaz pozuculuğu
  • Daxili siyasət
  • 10:28 03.10.2023
Fransanın Cənubi Qafqaz pozuculuğu
Yüksək xidmət–aşağı qiymət
  • İqtisadiyyat
  • 14:34 02.10.2023
Yüksək xidmət–aşağı qiymət
Sülh “məlhəmi” və Femida
  • Daxili siyasət
  • 14:32 02.10.2023
Sülh “məlhəmi” və Femida

Elm və təhsil