USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ədəbiyyat İnstitutu elektronlaşma istiqamətində mühüm addımlar atır


https://img.baki-baku.az/news/2023/06/photo_7545.jpg

Rəqəmsallaşmanın, elektronlaşmanın sürətli inkişafı elmi mübadilə üçün də geniş proqram təminatlarının meydana çıxmasına şərait yaradıb və bu gün internetin təqdim etdiyi qlobal şəbəkələr, resurslar elmin təqdimi, təbliği və keyfiyyət əmsalının müəyyənləşdirilməsində başlıca vasitələr kimi çıxış edirlər.

Bu fikirləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclasında müəssisənin icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli bildirib. 

M.Həsənli “Elektron Ədəbiyyat İnstitutu: reallıqlar və vəzifələr” mövzusunda məruzəsində qeyd edib ki, qarşıdakı hədəflərdən biri də akademik platformalarda işin təşkili, jurnalların elektron variantlarının yaradılması, Ədəbiyyat İnstitutunun virtual məkanda təbliğ edilməsi, Vikipediya açıq ensiklopediyasında məqalələrin tərtib olunması, bir sözlə, müəssisənin rəqəmsal mühitə inteqrasiyasıdır.

M.Həsənli bildirib ki, həyata keçirilən tədbirlərlə institut əməkdaşlarının “academia.edu” və “researchgate” akademik sosial şəbəkələrində, “ORCİD” və “Google scholar”da iştirakı genişləndirilib, Ədəbiyyat İnstitutunun “Google scholar”da korporativ hesabı yaradılıb. Məruzəçi diqqətə çatdırıb ki, atılan bu addımlar alimlərimizin məqalələrinə olan istinadların sayının artmasına və nəticədə Azərbaycan humanitar elminin dünyada nüfuzunun artmasına təkan verəcək: “Rəqəmsallaşma ilə bağlı qeyd etdiyimiz məqamların ən həssas nöqtəsi məhz elektron jurnallar və ya jurnallarımızın elektron versiyası ilə bağlıdır. Jurnalların hər hansı ciddi elmi bazalara daxil olması üçün onun elektron variantının olması vacib şərtdir.

 

Anar ƏLİ




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Elm və təhsil