USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Heydər Əliyev ili” çərçivəsində kollecdə yarış keçirilib


https://img.baki-baku.az/news/2023/05/photo_7505.jpg

ADMİU nəzdində Humanitar Kollecin "Turizm" ixtisası  tələbələrinin bilik və praktiki bacarıqlarını yoxlamaq məqsədilə  "Heydər Əliyev ili" çərçivəsində,  “KVEST” konsepsiyası əsasında tələblərdən ibarət komandalar arasında yarış keçirilmişdir. Tədbirdə 3 komanda– I-“Xəzər"; II-“İçərişəhər” (rus bölməsi); III-“Qədim şəhər” iştirak etmişdir.

Yarışmanın ekspertləri Humanitar Kollecin direktoru, dosent Nərmin Qaralova, direktor müavini Kamran Məsimov, Azərbaycan Həmkarlar Konfederasiyası nəzdində Bakı Turizm Agentliyinin müdiri - Əlixan Mürvətov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Turizm kafedrasının müdiri - Səyavuş Məhişov,"BAYFLİGHT" Turfirmasının icraçı direktoru Tahir Kərimov, eləcə də kollecin "Kulturologiya" şöbəsinin müdiri Göyçək Mustafayeva və müəllimləri Könül Əliyeva,Yasir Hacıyev, Elmira Məmmədova olmuşlar.

Tədbirin açılışında yarışın təşkilatçısı, turizm fənnini tədris edən pedaqoqika üzrə fəlsəfə doktoru Gülşən Abbasova Turizm haqqında Dövlət Proqramında Turizm Sənayesi üçün ən vacib istiqamətlərdən biri olan peşəkar kadrların hazırlanması barədə məruzə etmişdir.

Yarış 2000-ci ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilmişdir. Komandalar üçün üzərində 12 tarixi obyekt yerləşən 3 marşrut tərtib olunmuşdur. Hər komandanı 3 nəfərdən ibarət olan təlimçi-ekspertlər müşaiət etmişlər. Təlimçilərə İçərişəhərin xəritəsi, marşrut üzərində olan obyektlərin siyahısı, iştirakçılara veriləcək suallar və qiymətləndirmə vərəqi təqdim olunmuşdur. Ekspertlər tələbələrin verdiyi məlumatı dinləmiş, turun aparılma texnikası və təhlükəsizlik qaydalarına riayət edilməsinə diqqət yetirmiş, verilən məlumatlarla əlaqəli suallara cavab almış və onu qiymətləndirmişlər.

 Bundan başqa iştirakçıların yaradıcılıq qabiliyyətlərini yoxlamaq məqsədilə bəzi nöqtələrdə xüsusi tapşırıqlar verilmişdir. Buna nümunə olaraq, Xovsuz xalçanın rəsminin çəkilməsi tapşırığı xüsusi dəvət olunmuş rəssam-animatorlar tərəfindən qiymətləndirilmişdir. Növbəti tapşırıq, Bakıda Sovet dönəmində çəkilmiş filmlər haqqında məlumat verməklə “Briliyant əl” filminin çəkiliş yerində “Çert poberi” səhnəsinin canlandırılması olmuşdur. Son olaraq, marşrutun 12-ci nöqtəsində verilmiş 2 tapşırıqdan biri milli rəqslərin ifası, onların tarixi ilə bağlı suallara cavab və qiymətləndirilməsi olmuşdur. Hamını heyrətləndirən və maraq doğuran sonuncu tapşırıqda iştirakçılar çay haqqında maraqlı məlumatlar vermiş, təlimçilərin suallarını cavablandırmış və tapşırığın sonunda hər qrup tərəfindən müxtəlif növ çayların dəmlənməsini nümayiş etdirmişlər. İştirakçılar qoyulmuş bütün tapşırıqların öhdəsindən məharətlə gəlmişlər. Ekspertlərin səs verməsi nəticəsində "Xəzər"komandası l, "İçərişəhər" komandası ll, "Qədim şəhər" komandası lll yerlərə layiq görülmüşdür.

Z.BƏŞİRQIZI




Redaktorun seçimi

Paşinyanın “France 24” sərsəmləmələri
  • Daxili siyasət
  • 09:19 24.02.2024
Paşinyanın “France 24” sərsəmləmələri
İrəvanın seçimi: ya döz, ya da düz!
  • Siyasi təhlil
  • 09:14 24.02.2024
İrəvanın seçimi: ya döz, ya da düz!

Elm və təhsil