USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BMU-da akkreditasiya ilə bağlı iclas keçirilib


https://img.baki-baku.az/news/2023/04/photo_7328.jpg

Bakı Mühəndislik Universitetinin (BMU) institusional akkreditasiyadan keçirilməsi prosesinə hazırlıq vəziyyəti müzakirə edilib.

Bu məqsədlə təşkil olunan ilk iclasda BMU-nun rektoru, professor Havar Məmmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən yaradılacaq Akkreditasiya Komissiyası tərəfindən cari ilin sentyabr ayında ali təhsil ocağının institusional akkreditasiyadan keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və növbəti müddətə fəaliyyət üçün hüquqi təminat yaradan akkreditasiya prosesinin zəruriliyi, eləcə də əhəmiyyətinə diqqət çəkən rektor, ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən prosedurun  bir çox digər üstünlüklər qazandırdığını söyləyib. Havar Məmmədov əlavə edib ki, akkreditasiya, eyni zamanda təhsil standartlarının Avropa təhsil sisteminə uyğunluğunun təmin olunması, beynəlxalq nüfuzun yüksəldilməsi, beynəlmiləlləşmə, inteqrasiya, xarici tələbələrin qəbulu, xarici ölkələrdə diplomların tanınması və s. bu kimi müsbət tərəfləri ilə seçilir.

Çıxışında prosesin ali təhsil müəssisələri qarşısında bir sıra tələblərin yerinə yetirilməsi öhdəlikləri də qoyduğunu deyən rektor bu tələblərin düzgün həyata keçirilməməsinin yarada biləcəyi problemlərə toxunub.

Sonra BMU-nun tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov prosedur üzrə tələb olunan mərhələləri izah edib, BMU daxilindəki Akkreditasiya Komissiyasının səmərəli fəaliyyəti yönündə atılacaq addımlarla bağlı zəruri informasiyaları bölüşüb.

Universitetin Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova isə akkreditasiya prosesinə hazırlıqla bağlı ali təhsil müəssisəsi tərəfindən indiyə qədər həyata keçirilən işləri, həmçinin TKTA ilə birgə təşkil olunan müvafiq təlimlərdə müzakirə olunan məsələləri nəzərə çatdırıb. Strateji inkişaf, keyfiyyət təminatı, təlim və tədris, elmi-tədqiqat, idarəetmə sistemi, infrastruktur, beynəlmiləlləşmə kimi istiqamətlər üzrə meyarlar haqda məlumat verən şöbə müdiri “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq, təhsil müəssisəsinin Özünütəhlil Hesabatının hazırlanması öhdəliyi üzrə görüləcək tədbirləri də vurğulayıb.

Müzakirələrlə davam edən iclasın sonunda rektor Havar Məmmədov akkreditasiya prosesinə uyğun olaraq,  universitetin üzərinə düşən tələb və öhdəliklərin icrasının sürətləndirilməsi ilə bağlı struktur bölmlərin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Elm və təhsil