USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Elman Babayev: "Onlayn tədris sahəsində BMU geniş təcrübəyə malikdir"


https://img.baki-baku.az/news/2020/09/photo_718.jpg

"Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, digər ali təhsi müəssisələrində olduğu kimi Bakı Mühəndislik Universitetində (BMU) 2020/2021-ci tədris ilindən dərslər distant formada davam etdiriləcək". Bunu "Oxu.az"a açıqlamasında Bakı Mühəndislik Universitetinin (BMU) mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib.

E.Babayev bildirib ki, oktyabrın ayının 1-dən müvafiq ixtisaslar üzrə razılaşdırılmaqla qismən əyani təhsil təşkil ediləcək: "Epidemioloji vəziyyətdən asılı olaraq tədris prosesi Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlara və Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq müəyyən edilən formada davam etdiriləcək. Onlayn tədris sahəsində BMU geniş təcrübəyə malikdir. Belə ki, pandemiya dövründən əvvəl elektron tədris, onlayn tədris platforması, elektron universitet idarəetmə sistemi və digər elektron xidmətlər mövcud olub və buna görə də həmin resursların istifadəsi pandemiya dövründə də davam edib", - deyə E.Babayev vurğulayıb. 

BMU-nun mətbuat xidmətinin rəhbəri onu da bildirib ki, koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, həmçinin universitet işçilərinin sağlamlıqlarını qorumaq məqsədilə hər həftə universitetdə tibbi-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilib və bu işlər hazırda da davam etdirilir. Bu istiqamətdə işlərin yüksək səviyyədə və davamlı olaraq həyata keçirilməsi üçün müxtəlif səth dezinfeksiyaedici və təmizləyici vasitələr, qoruyucu geyimlər, həmçinin spirt əsaslı əl dezinfeskiyaedici məhsullar alınıb. Hər mərtəbədə bu məhsullardan maneəsiz istifadə üçün imkanlar yaradılıb.




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Elm və təhsil