USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Maestro School" proqramlaşdırma məktəbinin açılışı olub


https://img.baki-baku.az/news/2022/04/photo_6725.jpg

Uşaqlar və yeniyetmələr üçün peşəkar "Maestro School" proqramlaşdırma məktəbinin açılışı olub. Açılışda təhsil ekspertləri, ictimai xadimlər, valideyn və şagirdlər iştirak ediblər. "Maestro School"un təsisçisi Mədinə Paşayeva bildirib ki, 6 yaşından 16 yaşınadək uşaqlar üçün proqramlaşdırma kursları uşaqların IT sahəsində gələcəyini təmin etmək üçün effektiv bir yoldur. Onun sözlərinə görə, məktəbdə sözügedən yaş qrupuna daxil olan şagirdlərin texniki, analitik və yaradıcılıq qabiliyyətləri inkişaf etdiriləcək: "Müxtəlif proqramlaşdırma dilində uşaqlara təhsil veririk. Əsas fərqimiz ondan ibarətdir ki, bu sahə üzrə tam təkmilləşəndən sonra övladınız öz mobil aplikasiyalarını, veb saytlarını düzəldə bilərlər. Bu layihəni Kanada və Hollandiyadan olan partnyor şirkətlərimizlə birgə hazırlamışıq. Peşəkar müəllimlərdən ibarət komandamız uşaqların proqramlaşdırma dillərinə yiyələnmələri üçün operativ şəkildə və qrafiklərə uyğun olaraq kömək edəcəklər. Məqsədimiz məktəbliləri, gəncləri keyfiyyətli IT təhsil ilə təmin etməkdir". 

Qeyd olunub ki, mərkəzdə Robotexnika, IT Start, oyun tərtibatçısı, Minecraft, VR/AR tətbiqlərin tərtibatçısı, mobil tətbiqlərin tərtibatçısı, Wix Scratch, Uİ&UX Dizayn, kiber təhlükəsizlik, Data Science proqramları tədris olunacaq. "Hədəfimiz Azərbaycanda 2025-ci ilə qədər proqramlaşdırma, proqram təminatı, dizayn, biznes və soft bacarıqlar üzrə təhsil sahəsində məktəblilər üzrə birinci yerdə olmaqdır",- deyə M.Paşayeva vurğulayıb.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Elm və təhsil