USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşüb


https://img.baki-baku.az/news/2022/02/photo_6347.jpg

Təhsil naziri Emin Əmrullayev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, görüş zamanı təhsil və elm sahələrində ikitərəfli əlaqələrə, Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinə diqqət yetirilib.

 

Gürcüstan Baş nazirinin administrasiyasının məlumatına görə söhbət zamanı Gürcüstan və Azərbaycanın təhsil nazirlikləri arasında ötən gün imzalanmış əməkdaşlıq haqqında sazişin iki ölkənin elm, ali təhsil və peşə təhsili müəssisələri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə yardım edəcəyi bildirilib. Sazişin eyni zamanda Azərbaycandakı gürcüdilli məktəblərdə və Gürcüstandakı azərbaycandilli məktəblərdə gürcü dili və Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinin keyfiyyətinin artırılmasına xidmət edəcəyi vurğulanıb.

Söhbət zamanı hər iki ölkədəki ümumtəhsil məktəblərinin müəllimlərinin ixtisas artımı ilə bağlı birgə fəaliyyətin davam etdiriləcəyi bildirilib.

Görüşdə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak edib.

Görüş mətbuata qapalı keçirilib.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Elm və təhsil