USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan və Rusiya Elmlər akademiyaları arasında əməkdaşlığa dair sənəd imzalanıb


https://img.baki-baku.az/news/2021/11/photo_5765.jpg

Bu gün Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində AMEA ilə REA arasında “Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin imzalanma mərasimi baş tutub.

AMEA-dan APA-ya bildirilib ki, Sənədi akademik Aleksandr Sergeyev və AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev imzalayıblar.

“Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi” birgə qabaqcıl elmi və texnoloji tədqiqatların təşviqinin davamı, hər iki ölkə üçün aktual olan prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi, gənc alimlərə və istedadlara dəstək göstərilməsi, alimlərin mobilliyinin optimallaşdırılması, eləcə də hər iki ölkənin elm, innovasiya və təhsilinin cəmiyyətə və iqtisadiyyata inteqrasiyası məqsədini daşıyır.

Sənəd 4 əsas istiqaməti əhatə edir ki, buraya “Birgə qabaqcıl elmi və texnoloji tədqiqatlar”, “Hər iki ölkə üçün aktual olan prioritet elmi istiqamətlər”, “Gənc alimlərə və istedadlara dəstək, alimlərin mobilliyinin optimallaşdırılması” və “Elm, innovasiya və təhsil cəmiyyətə və iqtisadiyyata inteqrasiya vasitəsi kimi” daxildir.

Rusiya və Azərbaycanın elmi qurumları mövcud milli və beynəlxalq sazişlər çərçivəsində qabaqcıl elmi və texnoloji istiqamətlər üzrə fəaliyyətlərini intensivləşdirməyi və genişləndirməyi planlaşdırırlar. Təşkilatlar Avropanın elmi layihələrində birgə iştirakı və iki ölkənin elmi kollektivlərini elm, innovasiya və təhsil sahəsində Avropanın çərçivə proqramlarından istifadə etməklə müştərək tədqiqat layihələrini inkişaf etdirməyə təşviq edəcəklər.

Elm və təhsil qurumlarının iştirakı ilə perspektiv və prioritet elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji birgə işlərin intensivləşdirilməsi, ikitərəfli proqram və təşəbbüslərin həyata keçirilməsi vasitəsilə hər iki ölkədə müştərək elmi tədqiqatların dəstəklənməsi perspektivdə nəzərdə tutulan mühüm tədbirlərdir.

Sənəddə qeyd olunur ki, elmi-tədqiqat və təhsil müəssisələrinin tələbə, gənc alim və mütəxəssislərinin mübadiləsi prioritet istiqamətlər üzrə elmi tədqiqatlara əhəmiyyətli töhfədir, həmçinin gələcəkdə rəqabətqabiliyyətliliyin artırılmasına, etimadlı əməkdaşlığa və qarşılıqlı anlaşmaya imkan yaradır.

Akademik mobilliyi inkişaf etdirmək, mobilliyi dəstəkləmək üçün milli və ya beynəlxalq proqramların imkanlarından istifadə edərək ikili diplom proqramlarının yaradılmasına nail olmaq iki qurumun birgə əməkdaşlığı çərçivəsində görüləcək işlərdəndir.

“Yol Xəritəsi” həm də elmlə cəmiyyət arasında əlaqələrin inkişafının strateji əhəmiyyətini önə çəkir, bu istiqamətdə birgə təşəbbüsləri dəstəkləyir. AMEA və REA arasında əməkdaşlıq çərçivəsində elmi forumlar, konfranslar, simpoziumlar və seminarların keçirilməsi, mühüm elmi problemlərin həlli üçün səylərin birləşdirilməsi nəzərdə tutulur.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Elm və təhsil