USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Sərhədi bağlı ölkələrdən olan tələbələrin tədrisinin təşkili yerli ali məktəblərə tapşırılıb


https://img.baki-baku.az/news/2021/11/photo_5707.jpg

Pandemiya ilə əlaqədar sərhədləri bağlı ölkələrdən Azərbaycan universitetlərinə qəbul olan tələbələrin ölkəyə gəlməsi məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 42 ölkədən olan əcnəbi vətəndaşların ölkəyə girişi mümkün olduğundan həmin ölkə vətəndaşı əcnəbi tələbələrin əyani tədrisdə iştirakı təmin edilir. Bununla yanaşı, digər ölkələrin aktiv müvəqqəti yaşama icazəsi vəsiqəsinə sahib olan vətəndaşları da əyani dərslərdə iştirak üçün ölkə ərazisinə daxil ola bilirlər.

 

Digər əcnəbi tələbələrin əyani tədrisə cəlb olunması üçün aidiyyəti təşkilat qarşısında vəsatət qaldırılıb. Yerli ali təhsil müəssisələrinə ölkə ərazisinə girişinə icazə verilənədək əcnəbi vətəndaşların tədris prosesinin digər formalarda təşkili məsələsinə universitetlərin Elmi Şuralarının səlahiyyətləri çərçivəsində baxılması tapşırılıb.




Redaktorun seçimi

Üç pulyoxtyor -  TƏFSİLAT
  • İqtisadi təhlil
  • 15:57 15.11.2021
Üç pulyoxtyor - TƏFSİLAT

Elm və təhsil