USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sumqayıt Dövlət Universiteti Ufa Dövlət Neft Texniki Universiteti ilə birgə beynəlxalq elmi konfrans keçirib


https://img.baki-baku.az/news/2021/11/photo_5693.jpg

Noyabrın 18-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi, Ufa Dövlət Neft Texniki Universitetinin və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda onlayn formatda II Beynəlxalq elmi konfrans keçirildi.

Konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuşdu.

Konfransda Azərbaycan və Rusiya universitetlərinin alimləri iştirak etdilər.

Konfransı giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov açaraq konfrans iştirakçılarını salamladı, qeyd etdi ki, 2021-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan edilmişdir. Dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya Federasiyasında dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilir. Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda keçirilən II Beynəlxalq elmi konfrans dahi Nizami Gəncəvi yaradıcılığına verilən ali dəyər kimi qiymətləndirdi və UDNTU-nun rektoru Oleq Aleksandroviç Baulinə dərin minnətdarlığını ifadə etdi. Qeyd etdi ki, Dahi şair ensiklopedik biliyə malik olmaqla fizika, astronomiya, kimya, coğrafiya, biologiya elmlərinə və tibb sahəsinə dair olduqca qiymətli fikirlər söyləmiş, şairin “Xəmsə”si bir çox Avropa dillərinə tərcümə edilmişdir.

Sonra rektor Elxan Hüseynov rəhbərlik etdiyi ali məktəbin beynəlxalq proqram və layihələr üzrə əldə etdiyi nailiyyətlər barədə məlumat verdi. Bugünkü konfransın universitetlərarası əməkdaşlığın daha da möhkəmlənməsinə habelə, kimya elminin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi. Qeyd etdi ki, bu elmi konfrans ənənəvi xarakter daşıyır, çünki birincisi 4 il əvvəl 2017-ci ildə Sumqayıtda uğurla keçirilmiş və universitetimizin yaradılmasının 55 illiyinə həsr edilmişdir. 2018-ci ildə isə nümayəndə heyətimiz UDNTU-nun yubiley tədbirlərində iştirak etmişdir. Artıq 2-ci dəfədir keçirilən konfransın təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan, ümumi maraq və problemlər ətrafında birləşən elm adamlarını, kimyaçıları eyni coğrafi məkana toplamaqdır. Professor-müəllim və elmi işçi heyəti, eləcə də universitetlərimizin məzunları və tələbələrinin iştirakı ilə birgə səmərəli və rəqabətədavamlı sənayelərin yaradılmasına töhfə vermək üçün ölkələrimizdə kimya texnologiyası və mühəndisliyinin innovativ inkişafına real köməklik göstərməkdir. Rektor onu da bildirdi ki, Sumqayıt Dövlət Universiteti bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində işini uğurla davam etdirir. Bu uğurların nəticəsidir ki, 2015-ci ildə SDU ilə UDNTU arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti arasında sıx çoxşaxəli əlaqələr Rusiya ‒ Azərbaycan Universitetləri Assosiasiyasının yaradılmasından sonra qurulub. Əlaqələrin genişlənməsində Rusiya tərəfindən akademik Ramil Nazifoviç Baxtizinin böyük rolu olmuşdur. Hal- hazırda bu əlaqələrimiz yeni rektor, əziz dostumuz Baulin Oleq Aleksandroviçin rəhbərliyi altında uğurla davam etdirilir.

UDNTU-nun rektoru Oleq Aleksandroviç Baulin çıxış edərək Assosiasiyanın Azərbaycan tərəfindən həmsədri SDU-nun rektoru professor Elxan Hüseynovu və konfrans iştirakçılarını salamladı, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında olan iqtisadi, mədəni, möhkəm dostluq əlaqələrdən, ölkələrində elm və təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı və konfransın işinə uğurlar arzuladı. Bildirdi ki, belə konfransların keçirilməsi gənc tədqiqatçıların elmi işlərində mühüm əhəmiyyətə malikdir. Əminliklə ifadə etdilər ki, bu əlaqələr hər iki ölkənin təhsilinə öz töhfəsini verəcəkdir.

SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, UDNTU-nun Planetin Maye Karbohidrogen Ehtiyatlarının Rasional İnkişafı üzrə Dünya Səviyyəli Elm Mərkəzinin baş elmi işçisi, SDU-nun Fəxri doktoru, akademik Ramil Baxtizin, UDNTU-nun Beynəlxalq fəaliyyətin inkişafı üzrə prorektoru Nail Canişev, SDU-nun Kimya və biologiya fakültəsinin dekanı Mahal Muradov, UDNTU-nun Texnologiya fakültəsinin dekanı Fərhad Vildanov çıxış edərək hər iki universitet arasında sıx əməkdaşlıq əlaqəsindən söz açdılar və dahi şair Nizami Gəncəvinin yaratdığı əvəzsiz xəzinənin əhəmiyyətindən bəhs etdilər. Dahi şairin ədəbi irsinin təkcə Şərq mədəniyyətində deyil, bütün bəşəriyyətə məxsus olduğunu bildirdilər.

Qeyd etdilər ki, bu cür konfransların keçirilməsi Nizami Gəncəvi irsinin öyrənilməsinə və araşdırılmasına öz töhfəsini verir.

SDU-nun Neft kimyası və kimya mühəndisliyi kafedrasının professor Qafar Ramazanov “Xüsusi təyinatlı polimer materiallarının alınması sahəsində tədqiqatlar”, SDU-nun Ekologiya kafedrasının dosenti Nərgiz Aşurova “Abşeron yarımadasında neftlə çirklənmiş boz-qonur torpaqların mikrobioloji parametrləri”, SDU-nun Tətbiqi kimya elmi-tədqiqat laboratoriyasının elmi işçisi Fizuli Şahgəldiyev “Elektrokimyəvi sistemdə benzoy turşusunun xlorhidrid efirlərinin sintezi”, UDNTU –nun alimləri Prosoçkina Tatyana Rudolfovna “Kimyəvi –texnoloji proseslərin rəqəmsal sistemlərinin optimallaşdırılması və nəzarətinin yaradılmasının perspektiv istiqamətləri”, Konstantin Kiçatov “Neft, qaz və kimyəvi proseslərin modelləşdirilməsi zamanı maşın tədrisi metodlarının tətbiq edilməsi”, Lilina Valeriya Anatolyevna “Dizel yanacağının kükürd tərkibli ilkin fraksiyalardan hidrotəmizlənməsi texnologiyasının perspektivləri”, Çaykina Yana İqoryevna “Neftin sənayesi üsulu ilə hazırlanmasında sabit maqnit sahəsinin tətbiqi”, Devlikamova Qalina Vladimirovna “Rusiya ŞİNŞ-in Albaniyada strateji mövcudluğu problemləri”, Quşşamova Viktoriya Nadimovna “Düşən pərdə ilə buxarlanma aparatının istilik mübadiləsi borusunda ikimərhələli axının hidrodinamikasına faydalı temperatur müxtəlifliyinin təsiri”, Semyonov Albert Yevgeniyeviç “Karbon molekulyar ələklərin istehsalında propan-propilen fraksiyalarının bölünməsi üçün benzolun yüksək temperaturlu pirolizi texnologiyası”, Bıkov Vladislav İqoryeviç “Elektrodializ bölünməsinin inkişaf perspektivləri” mövzularında məruzə etdilər.

Konfrans işini iki gün ərzində bölmələr üzrə davam etdirəcək.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Elm və təhsil