USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Məzunların 1,3 faizi buraxılış imtahanlarında iştirak etməyib


https://img.baki-baku.az/news/2021/11/photo_5678.jpg

2021-ci ildə ümumtəhsil müəssisələrində 220359 nəfər məzun təhsil alıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, bu məzunlar barədə məlumatlar 4000-dən çox ümumtəhsil müəssisəsinin məsul şəxsləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilib, məlumatlar yoxlanılaraq təsdiq edildikdən sonra buraxılış imtahanı bazası formalaşdırılıb.

Məzunların bir qismi təhsildən yayınma, bir qismi isə şəxsiyyəti təsdiq edən sənədinin olmaması səbəbindən buraxılış imtahanlarına cəlb edilməyib. Ümumilikdə 217534 nəfər məzun (98.7%) buraxılış imtahanlarında iştirak edib. İmtahanda iştirak edənlərlə yekun attestasiyası aparılanlar arasında yaranan fərqlər onunla izah edilir ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil müəssisələrinin bəzi məzunları buraxılış imtahanında iştirak etsələr də, Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyiblər. Ümumilikdə 218505 nəfər məzunun (99.2%) yekun attestasiyası aparılıb.




Redaktorun seçimi

Üç pulyoxtyor -  TƏFSİLAT
  • İqtisadi təhlil
  • 15:57 15.11.2021
Üç pulyoxtyor - TƏFSİLAT

Elm və təhsil