USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

SDU-da Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi


https://img.baki-baku.az/news/2021/10/photo_5495.jpg

Oktyabrın 26-da Sumqayıt Dövlət Universitetində  Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının  100 illik yubileyinə həsr olunmuş  “Azərbaycanda mədəniyyətin inkişafında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu” mövzusunda onlayn formatda birgə elmi-praktik konfrans keçirildi.

Konfrans dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səsləndirilməsi ilə başladı.

Konfransı giriş sözü ilə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamını çatdırdı. Bildirdi ki, 2021-ci il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaradılmasının 100 ili tamam olur. 100 ilik  yubileyin keçirilməsi ilə bağlı  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 may 2021-ci il tarixində Sərəncam imzalayıb. Bu Sərəncam bir daha ölkə başçısının bu qocaman, ölkəmizdə və Müsəlman Şərqində ilk belə tipli ali musiqi təhsil ocağına göstərdiyi diqqətin bariz nümunəsidir. Bu gün Musiqi Akademiyası xalqımızın musiqi sərvətinin qorunub yaşadılması, dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi çoxşaxəli, geniş fəaliyyəti ilə əvəzsiz rol oynayır.

Prorektor Ramiz Hüseynov çıxışında bildirdi ki,xalqımız Ü.Hacıbəylinin doğum gününü ilk dəfə qalib xalq olaraq Milli Musiqi Günü  kimi qeyd etdi. Musiqi Festivalının məhz Şuşada qeyd olunmasının əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız düşmən tapdağından azad olundu və Üzeyir bəyin əsərləri bu gün doğulduğu doğma Şuşa şəhərində səslənir. Təməli Üzeyir bəy tərəfindən qoyulmuş ali musiqi təhsil ocağı kimi bir çox nailiyyətlər və qələbələr əldə edərək təkmilləşən Bakı Musiqi Akademiyası, ölkə xaricində də tanınan ali təhsil mərkəzinə çevrilib. Bakı Musiqi Akademiyası üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlib və Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan görkəmli sənətkarların bir neçə nəsli məhz bu təhsil ocağının məzunlarıdır.

BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə çıxış edərək yubileyə həsr olunan konfransın təşkili təşəbbüsünə görə SDU rəhbərliyinə və kollektivinə təşəkkürünü ifadə etdi.Professor Gülnaz Abdullazadə  təmsil etdiyi təhsil ocağının tarxindən danışdı . Bildirdi ki, Azərbaycanın musiqi mədəniyyəti və təhsilinin inkişafında Bakı Musiqi Akademiyasının böyük rolu vardır. Bakı Musiqi Akademiyası milli musiqi mədəniyyəti və elm-təhsil mühitinə verdiyi töhfələrlə yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin və şərəfli bir yol keçmişdir. Bu musiqi məbədinin əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulmuşdur. 100 il ərzində bir neçə nəsil musiqiçilərin fədakar əməyi sayəsində Azərbaycanın musiqi mədəniyyəti, kadr potensialı, musiqi-elmi mühiti ən ali inkişaf səviyyəsinə yüksəlmişdir.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənildi.

Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin  Fəlsəfə,  sosiologiya və politologiya kafedrasının dosenti, Ü.Hacıbəyli adına BMA-nın məzunu  Telman Qəniyev  “Azərbaycan professional musiqi sənətinin inkişafında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu”,  BMA – nın Elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Nuridə İsmayılzadə “Azərbaycanın ictimai-siyasi və mədəni həyatında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rolu”, Azərbaycanın xalq artisti, “Şərəf” və “Şöhrət” ordenləri  mükafatçısı, professor Ramiz Quliyev  “Qızıl əsrin” musiqi aləminə dair xatirələrim”, SDU-nun Fəlsəfə, sosiologiya və politologiya kafedrasının baş müəllimi, BMA-nın məzunu  Afaq Qəniyeva   “Azərbaycan ifaçılıq sənətinin inkişafında Bakı Musiqi Akademiyasının rolu”, BMA-nın  Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva  “Ü.Hacıbəyli bəstəkarlıq məktəbinin davamçıları”, BMA-nın Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Rauf  Bəhmənli  “Ü.Hacıbəylinin musiqili komediyalarında Azərbaycan xalq rəqsləri”, BMA-nın Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant  Fidan Nəsirova  “Hacıbəylilər nəslinin Azərbaycan musiqi mədəniyyəti tarixindəki rolu”, BMA-nın Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant  Könül Əhmədova   “Ü.Hacıbəyli satirasında ədəbi-bədii mənbələr haqqında” mövzularında məruzə  etdilər. Bildirdilər ki,  Bakı Musiqi Akademiyası 100 illik fəaliyyəti dövründə Azərbaycan musiqi sənətinin dünya musiqisinə və dünya mədəniyyətinə inteqrasiyasında mühüm rolu olub. Natiqlər  onu da vurğuladılar ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə Qarabağda tarixi ənənənlərimizin, mədəni tədbirlərimizin də bərpasına rəvac verdi. Bu gün bütün Qarabağ quruculuq meydanına, Şuşa isə mədəniyyətimizin mərkəzinə çevrilib. Rəşadətli ordumuzun gücü ilə torpaqlarımızı erməni işğalçılarından təmizləyən Azərbaycan Respublikası Prezidentinin qətiyyətli çıxışları, azad edilmiş yurdlarımızda üçrəngli bayrağımızın ucaldılması, insanlarımızın qələbə coşqusu, Bakıda keçirilən Zəfər paradı, gözəl Şuşamızda böyük təntənə ilə baş tutan “Xarıbülbül” festivalı, “Vaqif  Poeziya Günləri”... Bunların hər biri bizim üçün xoş və unudulmaz anlar, məqamlardır.

Çıxışlar arası səsləndirilən musiqi nömrələri konfransa  xüsusi ovqat bəxş etdi.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Elm və təhsil