USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident təqaüdünə layiq görülmüş 102 tələbə ilə bağlı STATİSTİKA


https://img.baki-baku.az/news/2021/09/photo_5207.jpg

Bu il Prezident təqaüdünə layiq görülən 102 tələbə respublikanın 28 müxtəlif şəhər və rayonunu təmsil edir.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, təqaüdçülər arasında 59 nəfər regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 16 nəfər kənd məktəbinin məzunlarıdır), 9 nəfər keçmiş işğal altında olan rayonlara aid məktəblərdən, 1 nəfər valideyni əlil olan ailədən, 3 nəfər bir valideyni olmayan ailədəndir. Eləcə də müəllim, hərbçi, həkim, sürücü, mühəndis, satıcı, fəhlə, təqaüdçü və s. ailələrdən olan məzunlar var. Siyahıda olan 22 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.

Təqaüdçülərdən 43 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Sumqayıtda yerləşən məktəblərin məzunlarından 15, Gəncədə yerləşən məktəblərin məzunlarından 5, Abşeron, Kəlbəcər, Naxçıvan Və Şəmkirdə yerləşən məktəblərin məzunlarından 3 nəfəri bilik öncülləri siyahısında görmək olar.

Xatırladaq ki, Prezident təqaüdçülərindən 33 nəfər Bakı Ali Neft Məktəbinə, 25 nəfər Azərbaycan Tibb Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 12 nəfər ADA Universitetinə, 8 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 4 nəfər Dövlət İdarəçilik Akademiyasına, 2 nəfər Birgə Azərbaycan-Fransız Universitetinə (UFAZ), 2 nəfər xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 1 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olunub.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Elm və təhsil