- Daxili siyasət
- 09:59 25.04.2024
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iş nömrəsinin sonuna 8 rəqəmini əlavə edib bütün mobil operatorlardan 7727-yə SMS göndərməklə müsabiqənin nəticələri ilə tanış olmaq mümkündür. Abituriyent qəbul olduğu ixtisasın dövlət sifarişli və ya ödənişli olmasını bilmək üçün gələn ixtisas kodunu 7737-yə göndərərək bu barədə informasiya əldə edə bilər.
Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.