USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yaş həddinə çatmış zəngilanlı müəllimlər ehtiramla yola salınıblar


https://img.baki-baku.az/news/2021/08/photo_4608.jpg

Avqustun 5-də Zəngilan Rayon Təhsil Şöbəsinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Zəngilan rayon ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatan bir qrup müəllimlərlə görüş keçirilib.

Görüşdə Zəngilan RTŞ-nin müdiri, Şöbənin bir sıra əməkdaşları, ATİAHİ-nın rayon komitəsinin sədri və müəllimlər iştirak edib.

Görüşü giriş nitqi ilə açan təhsil şöbəsinin müdiri Kənan İmaməliyev bütün bu illər ərzində rayonun təhsili üçün göstərdikləri nümunəvi və peşəkar xidmətlərinə görə müəllimlərə öz təşəkkürünü bildirərək onlara sağlam can və mənalı bir ömür arzuladığını qeyd edib.

Daha sonra görüşdə iştirak edən ATİAHİ-nın rayon komitəsinin sədri Sənubər Əliyeva ömürlərinin əsaslı hissəsini təhsilə, şagirdlərə həsr edib öyrədən fədakar müəllimlərə təşəkkür edərək onlara gələcək həyatlarında da uğurlar arzulayıb.

Görüşdə iştirak edən təhsil şöbəsinin bir sıra əməkdaşları da çalışmanın yaş həddinə çatan müəllimlərə uzun müddət göstərdikləri  pedaqoji xidmətlərinə görə öz təşəkkürlərini bildiriblər. Müəllimlər onlara qarşı göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda müəllimlər Zəngilan RTŞ-nin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.

Qeyd edək ki, cari tədris ilində Zəngilan rayon ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 17 nəfər müəllim olub.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Elm və təhsil