USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Sumqayıt Dövlət Universiteti ilə Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalandı


https://img.baki-baku.az/news/2021/06/photo_4239.jpg

İyunun 30 –da Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru professor Elxan Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının (STP) rəhbərliyi ilə görüşdü.

Sumqayıt Dövlət Universiteti (SDU) və “Sumqayıt Texnologiyalar Parkı” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalandı.

Memorandumu rektor professor Elxan Hüseynov  və şirkətin baş direktoru Ruslan Ağabəyli imzaladılar.

Dəyirmi masa ətrafında keçən görüşdə Sumqayıt Texnologiyalar Parkı  MMC-nin Baş Direktoru Ruslan Ağabəyli  Sumqayıt Dövlət Universitetinin  rektor professor Elxan Hüseynovu və  nümayəndə heyətini  salamladı,  STP  ilə SDU arasında səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi.

Ruslan Ağabəyli rəhbərlik etdiyi sənaye parkının fəaliyyətindən danışdı. SDU və STP arasında əməkdaşlığın gələcək perspektivlərinin əhəmiyyətini qeyd edərək müəssisələr  arasında əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyini diqqətə çatdırdı.Qeyd etdi ki, 2009-cu il dekabr ayının 22-də prezident cənab İlham Əliyevin iştirakı ilə istismara verilən STP müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara məhsullar ixrac etmək qabiliyyətinə malikdir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub, istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur. Ruslan Ağabəyli   onu da qeyd etdi ki, məhz Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində Sumqayıt Dövlət Universiteti ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilmişdir. Şəhərimizin, eləcə də regionun elmi-mədəni elitasının formalaşmasını təmin edən Sumqayıt Dövlət Universitetində kadr potensialının inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilir, mühüm uğurlara imza atılır. Rektor professor Elxan Hüseynovun rəhbərliyi ilə həyata keçirilən bu siyasət gənclərimizin peşəkar kadr kimi formalaşmasına müsbət təsir göstərir. İnanıram ki, təməli qoyulan bu əməkdaşlığımız hər iki tərəf üçün əhəmiyyətli olmaqla yanaşı, ölkəmizin kadr potensialının inkişafına böyük töhfələr verəcək.

Sumqayıt Dövlət Universitetinin  rektoru professor Elxan Hüseynov səmimi qəbula görə Sumqayıt Texnologiyalar Parkı  MMC-nin Baş Direktoru Ruslan Ağabəyliyə təşəkkürünü  bildirdi və qarşılıqlı əməkdaşlığın qurulmasında bu əlaqələrin yaradılmasının vacibliyindən bəhs etdi. STP-nin dünyanın qabaqcıl şirkətlərindən birinə çevrilməsi üçün tələb olunan bütün keyfiyyətlərə sahib olduğunu bildirdi.

 Rektor  Elxan Hüseynov rəhbərlik etdiyi universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verdi, bu ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan söhbət açdı və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, universitetimiz bir çox müəssisələrlə əməkdaşlıq  müqaviləsi   imzalayıb, bunun nəticəsi olaraq tələbələrimiz ixtisaslarına uyğun olaraq təcrübədə olurlar. Bu da günün tələbinə uyğun olaraq kadr potensialının formalaşmasına təkan verir. Rektor onu da vurğuladı ki, SDU-nun tarixində ilk dəfə olaraq 2017-ci ildən başlayaraq elmlər doktoru proqramı üzrə mütəxəssis hazırlığı həyata keçirilir. SDU-nun tarixində ən böyük nailiyyətlərdən biri Elmi Şuranın vəsatəti əsasında Dissertasiya Şurasının yaradılmasıdır. Hazırda universitetdə 6 ixtisas üzrə 3 Dissertasiya Şurası fəaliyyət göstərir.

Tələbə-müəllim mobilliyindən  danışan  rektor bildirdi ki,  SDU Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının üzvü və Assosiasiyanın Azərbaycan tərəfdən həmsədridir. Elm və təhsil sahəsində universitetlərin əməkdaşlığının yüksəlməsinə xidmət göstərən assosiasiya, həm də ölkələrimizin intellektual potensialının artmasına kömək edir.

Elmin təhsilə, Avropa dəyərlərinə inteqrasiyası istiqamətində imza atdığı uğurlarla MDB məkanında, Türkiyədə, bir sıra Avropa ölkələrində fəaliyyət göstərən elm-təhsil mərkəzləri tərəfindən də qəbul olunan universitetimiz bu gün təkcə  maddi-texniki bazası, İKT-nın son naliyyətləri  ilə təchiz olunmuş auditoriya, laboratoriyaları  ilə deyil,  nüfuzlu alimləri,  tanınmış müəllimləri, mükəmməl biliklərə malik kadr potensialı, professor-müəllim heyəti ilə şöhrət qazanıb.

Adı, inkişafı Cənubi Qafqazın qüdrətli sənaye mərkəzi olan Sumqayıt şəhəri ilə bilavasitə bağlı olan, onun kadr potensialının, elmi-mədəni elitasının formalaşmasında xidmətləri olan universitetimiz bu gün də kadr potensialının inkişafı üçün layihələr gerçəkləşdirir, mühüm uğurlara imza atır.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq memorandumu imzalandı.

Sənədə əsasən, SDU tələbələrinin MMC-də istehsalat təcrübəsi keçmələrinə və şirkətin texniki bazasından yararlanmalarına şərait yaradılacaq. Həmçinin istehsalat təcrübəsində fərqlənən tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi,  tərəflər arasında birgə elmi-nəzəri və ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur.Bundan başqa, tərəflər tələbələrin texniki ixtisaslara maraqlarının artırılması üçün innovativ həllərə əsaslanan proqramların hazırlanması, tətbiq və təbliğ olunması istiqamətində də əməkdaşlıq edəcək.Əməkdaşlıq çərçivəsində sənayenin müxtəlif sahələri üzrə kadr ehtiyaclarının ödənilməsi üçün gənc peşəkarların hazırlanması, ölkənin gələcəyinə töhfə vermək istiqamətində bir sıra layihələrin həyata keçirilməsi də planlaşdırılır.




Redaktorun seçimi

Üç pulyoxtyor -  TƏFSİLAT
  • İqtisadi təhlil
  • 15:57 15.11.2021
Üç pulyoxtyor - TƏFSİLAT

Elm və təhsil