USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ötən il ali məktəblərdən xaric edilən tələbələrin sayı - Statistika və səbəb


https://img.baki-baku.az/news/2021/06/photo_4169.jpg

2020-ci ildə müxtəlif səbəblərə görə ali məktəblərdən xaric edilən tələbələrin sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Bildirilib ki, ötən il akademik borca görə, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 6954 olub.

Təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı 4352 olub. Onlardan 2642-si bakalavriat, 363-ü magistratura, 608-i tam orta ixtisas bazası, 739 nəfərini orta ixtisas bazası üzrə təhsil alan tələbələr təşkil edib.

Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı isə 95 nəfər olub. Onlardan 83 nəfəri bakalavriat, 2-si magistratura, 2-si tam orta ixtisas bazası, 8-i isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Akademik borca görə xaric edilən tələbələrin sayı 497 nəfər təşkil edib. Onlardan 355 nəfəri bakalavriat, 14-üi magistratura, 42-si tam orta ixtisas bazası, 86-sı isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaric edilən tələbələrin sayı 2010 olub. Onlardan 1630 nəfəri bakalavriat, 17-si magistratura, 167-i tam orta ixtisas bazası, 196-sı isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

Eyni zamanda, təkrar kursda saxlanılan tələbələrin sayı da açıqlanıb. Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı 152 nəfər olub. Onlardan 23-ü bakalavriat, 48-i tam orta ixtisas bazası, 81-i ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Elm və təhsil