USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

SDU-nun dosenti Məlahət Pənahəliyevanın 70 illik yubileyi qeyd olundu


https://img.baki-baku.az/news/2021/06/photo_4160.jpg

İyunun 23-də karantin qaydalarına riayət olunaraq SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri, Əməkdar müəllimi, dosent  Məlahət Pənahəliyevanın  70 illik yubileyinə həsr olunmuş görüş keçirildi.

Universitetin rektoru professor Elxan Hüseynov yubilyarın alim və pedaqoq kimi səmərəli elmi-pedaqoji fəaliyyətindən danışdı. Bildirdi ki, ömrünün böyük bir hissəsini milli iqtisadiyyatın tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən dosent, onlarla dərslik, dərs vəsaiti və kitabın müəllifidir. Rektor çıxışının sonunda “Uzunmüddətli səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətinə görə və anadan olmasının 70 illik yubileyi munasibətilə” Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri, dosent Məlahət Pənahəliyevaya Fəxri fərman və pul mükafatı təqdim etdi.

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva ,

Maliyyə və mühasibat uçotu kafedrasının müdiri, dosent Loğman Abdullayev  dosent  Məlahət Pənahəliyevanın iqtisadiyyat sahəsinə verdiyi töhfələrdən danışdılar, onun keçdiyi şərəfli ömür yolundan söz açaraq, alimlə bağlı xatirələrini bölüşdülər. Məlahət Pənahəliyevanı kollektivin və tələbələrin hörmətini qazanmış qabaqcıl təhsil işçisi kimi xarakterizə edib, ona gələcək fəaliyyətində uğurlar arzu etdilər.

Sonda Məlahət Pənahəliyeva ona ünvanlanan xoş sözlərə və təbriklərə görə universitetin rektoru professor Elxan Hüseynova və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

 

 




Redaktorun seçimi

Zorən sülhsevərlik
  • Daxili siyasət
  • 11:28 01.05.2024
Zorən sülhsevərlik
Şvabe əndazəni aşır
  • Daxili siyasət
  • 11:17 01.05.2024
Şvabe əndazəni aşır
Yeni platforma üstün şans deməkdir
  • Daxili siyasət
  • 10:44 01.05.2024
Yeni platforma üstün şans deməkdir
Sülh finiş xəttinə yaxınlaşır
  • Daxili siyasət
  • 11:10 30.04.2024
Sülh finiş xəttinə yaxınlaşır
Eçmiədzin öz xalqını uçuruma sürükləyir
  • Daxili siyasət
  • 10:21 29.04.2024
Eçmiədzin öz xalqını uçuruma sürükləyir

Elm və təhsil