USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edilib


https://img.baki-baku.az/news/2021/06/photo_4132.jpg

“Azərbaycan dilinin orfoepiya normaları” təsdiq edilib.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar verib.

Azərbaycan dilinin orfoepiya normaları müasir Azərbaycan ədəbi dilində işlənən söz və şəkilçilərin, eləcə də ixtisarların düzgün tələffüzü qaydalarını müəyyən edir.

Müasir Azərbaycan şifahi ədəbi dilində tələffüz qaydaları lüğəvi, qrammatik və qrafik şərait prinsiplərinə görə müəyyən edilir və fonetik prinsip əsas götürülür. Bu prinsiplərə uyğun olaraq, Azərbaycan mənşəli sözlərin böyük əksəriyyəti, eləcə də alınma sözlərin müəyyən hissəsi yazıldığı kimi tələffüz edilir: badam [badam], çəpər [çəpər], ev [ev], göyərçin [göyərçin], Qarabağ [Qarabağ], oğlan [oğlan], paylaşım [paylaşım], lisey [lisey], reqlament [reqlament], yaxşı [yaxşı] və s. Alınma sözlərin bir çoxunun tələffüzündə əsasən, tarixi-ənənəvi prinsipə üstünlük verilir. Bəzi alınma sözlər Azərbaycan ədəbi dilinin ahənginə, səciyyəvi fonotaktik və fonoloji xüsusiyyətlərinə uyğun şəkildə tələffüz edilir.

Danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Elm və təhsil