USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

SDU-nun rektoru magistrantların onlayn formatda keçirilən yaz semestrinin imtahan sessiyasının gedişini növbəti dəfə izlədi


https://img.baki-baku.az/news/2021/06/photo_3983.jpg

Sumqayıt Dövlət Universitetində magistrantların 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.

İyunun 9-da rektor, professor Elxan Hüseynov Filologiya fakültəsinin magistratura pilləsi üzrə Filologiya ixtisası Ədəbiyyatşünaslıq (Avropa ölkələri ədəbiyyatı) ixtisaslaşması üzrə M935-ci qrupun Orta əsrlər və İntibah dövrü Qərb ədəbiyyatında Şərq məsələləri fənnindən keçirilən imtahanın onlayn formatda  gedişini izlədi.

Rektor yaz imtahan sessiyanın şəffaf və mövcud qaydalara uyğun keçirilməsi məqsədilə bütün texniki tədbirlərin yüksək səviyyədə həyata keçirildiyini nəzərə çatdırdı, ümumilikdə Azərbaycan təhsilinin pandemiyanın yaratdığı sınaqlardan uğurla çıxdığını, eyni zamanda imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə bir sıra mühüm qərarlar verildiyini vurğuladı. Rektor sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin bu il dövlət tərəfindən ödənilməsi istiqamətində verilən qərara toxunaraq, məsələnin nəzarətdə saxlanıldığını və bu istiqamətdə iş aparıldığını bildirdi. İmtahan nəticələrindən narazı qalan tələbələrin universitetdə yaradılmış apelyasiya komissiyasına onlayn şəkildə müraciət etmə imkanlarının olduğunu da diqqətə çatdırdı. Rektor  imtahanda iştirak edən bir qrup magistrantların suallarını cavablandırdı və onlara uğurlar arzuladı.

Semestr ərzində 45 bal toplamış tələbə Sahibə İbadlı  Azərbaycan və xarici ölkələr ədəbiyyatı  kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova tərəfindən imtahanda 46 bal ilə qiymətləndirilərək A - əla (91) bal aldı.

Qeyd edək ki, SDU-da yaz semestrinin imtahan sessiyası iyunun 1-dən başlayıb, iyulun 5-dək davam edəcək. İmtahanlar onlayn şəkildə Microsoft Teams platforması və ya Zoom proqramı vasitəsilə həyata keçirilir. 

 




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Elm və təhsil