USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb


https://img.baki-baku.az/news/2021/03/photo_3367.jpg

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Bəxtiyar Əliyev komitə üzvlərinə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun fəaliyyəti barədə məlumat verib.

O, 2020-ci ilin sentyabrında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun tərkibinin yeniləndiyini və genişləndirildiyini, bu il yanvarın 22-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü və iştirakı ilə işçi qrupunun videokonfrans formatında görüşünün keçirildiyini qeyd edib. Komitə sədri  bildirib ki, həmin görüşdə və ötən müddət ərzində parlament rəhbərinin tövsiyələri və daxil olan təkliflər nəzərə alınmaqla işçi qrupu “Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantını hazırlayıb.

“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev qeyd edib ki, ilk dəfə hazırlanan bu qanun layihəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda irəli sürülən hədəflər nəzərə alınmaqla ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə hədəflənib. Sənəd  ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.

Komitə sədri yeni qanun layihəsinin ali təhsillə bağlı bir çox məsələlərə aydınlıq gətirdiyini, sənəddə dünya təhsil sistemindəki yeniliklərin və qabaqcıl təcrübənin Azərbaycan təhsilinin ənənələri və özünəməxsusluğu nəzərə alınmaqla əks olunduğunu bildirib.

İşçi qrupunun rəhbəri qeyd edib ki, ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafının təmini, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, Azərbaycanda elmi, iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması, tədqiqat universitetlərinin yaradılması məsələləri yeni qanun layihəsində nəzərə alınıb. Bundan başqa, distant təhsil, təhsil kreditləri kimi cəmiyyəti narahat edən məsələlərə də sənəddə geniş yer verilib.

Məsələ ilə bağlı çıxış edən komitə sədrinin müavini Musa Qasımlı, deputatlar - Eldar Quliyev və Etibar Əliyev hazırda təhsil sistemində mövcud olan bir sıra məsələləri dilə gətirərək yeni qanun layihəsində onların həllinin aydın və işlək mexanizmlərinin yaradılmasının vacibliyindən danışıblar.

Bəxtiyar Əliyev sənədin ilkin variantı üzrə təkmilləşdirmələrin, müvafiq təkliflərin daxil olmasının davam etdiyini qeyd edərək qanun layihəsi tam hazırlanıb komitəyə təqdim edildikdən sonra onun geniş müzakirəsinin keçiriləcəyini bildirib.

Onlayn iclasda komitə üzvləri – Ülviyyə Ağayeva, Tamam Cəfərova, Kamilə Əliyeva, Rafael Hüseynov, Afət Həsənova, Anar İsgəndərov, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Şahin Seyidzadə, Fatma Yıldırım və digər rəsmi şəxslər də iştirak ediblər.

 




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Elm və təhsil