USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Elm tariximizdə növbəti əlamətdar hadisə


https://img.baki-baku.az/news/2020/08/photo_319.jpg

ABŞ-ın “Clarivate Analytics” Agentliyinin bu günlərdə açıqlanan 2020-ci ilin hesabatına əsasən, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda nəşr olunan və “Emerging Sources Citation Index” (ESCİ) bazasında yer alan “TWMS Journal Pure and Applied Mathematics” (“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı”) jurnalı bir pillə yüksələrək “Science Citation Index Expanded” (SCİE) Indeks bazasında yer alıb.

Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, “Science Citation Index Expanded” (SCIE) indeks bazasına bu günə qədər respublikada daha bir jurnal 2010-cu ildə 2.316 impakt faktor ilə daxil olub: “Applied and Computational Mathematics”.

2010-cu ildən ingilis dilində nəşr olunan bu jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksəksəviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir. Nəşrin redaksiya heyətinə 20-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 30-dan çox ölkənin universitet və elmi mərkəzlərində yayılır.

Bütün məqalələr “MatReviews”, “Zentrablatt”, “VINITI” kimi nüfuzlu bazalarda referat olunur, “E-Letter”, “NA Digest” elmi saytlarında anons edilir. İndiyədək jurnalın 21 nömrəsi çap olunub.

Qeyd edək ki, jurnalın baş redaktoru Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevdir. Jurnalın məsul redaktoru institutun aparıcı elmi işçisi Qəmər Məmmədovadır.

Sevindirici haldır ki, elmimizin uğurları beynəlxalq təşkilat və qurumlar tərəfindən də birmənalı qəbul edilir.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Elm və təhsil