USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“İzahlı dini terminlər lüğəti” nəşr olunub


https://img.baki-baku.az/news/2021/02/photo_2894.jpg

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən  “İzahlı dini terminlər lüğəti” nəşr olunub.

Bu barədə APA-ya İlahiyyat İnstitutundan məlumat verilib.

Lüğət İlahiyyat İnstitutunun müəllim heyəti tərəfindən hazırlanıb. Terminlər əlifba sırası ilə verilib, lüğəvi və terminoloji mənaları izah edilib.

Qeyd edək ki, lüğət hazırlanarkən yalnız İslam dini ilə əlaqəli terminlərin deyil, həmçinin digər böyük dünya dinlərində də istifadə olunan əsas ifadələrin izahı verilib. Terminlərin şərhləri və izahında həm yerli, həm də xarici ölkələrdə çap olunmuş elmi-dini ədəbiyyatlardan istifadə olunub. Həmçinin kitabın hazırlanması zamanı Azərbaycan, ərəb, türk, ingilis, rus və fars dillərində yazılmış müxtəlif lüğətlərdən, ensiklopediyalardan, eləcə də təfsir, hədis, fiqh, kəlam, təsəvvüf, fəlsəfə, tarix, antropologiya, dinlər tarixi, din sosiologiyası, din psixologiyası, din fenomenologiyası və başqa sahələrdəki kitablardan istifadə olunub.

Lüğətin baş redaktoru Aqil Şirinov, elmi redaktorları Ceyhun Məmmədov, Mirniyaz Mürsəlov, redaktorları Rəna Həsrətova və Elnarə Ağaoğludur.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Elm və təhsil