USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Britaniyada Göytəpə arxeoloji abidəsinə dair monoqrafiya işıq üzü görüb


https://img.baki-baku.az/news/2021/02/photo_2721.jpg

Dünya arxeologiyasının əhəmiyyətli abidələrinin ciddi akademik tədqiqatları haqqında elmi monoqrafiyaların nəşri üzrə ixtisaslaşmış İngiltərənin Oksford şəhərində yerləşən məşhur “Archaeopress” nəşriyyatı Azərbaycanın 8 min il yaşı olan Göytəpə qədim yaşayış yeri (Tovuz rayonu) haqqında fundamental monoqrafiyanı ingilis dilində çap edib. "Baki-Baku.az" xəbər verir ki, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyasının saytında yayımlanıb.  

Məlumatda bildirilir ki, Qərbin ən nüfuzlu elmi nəşriyyatlarından birinin öz vəsaiti hesabına son illərin tədqiqatları olan Göytəpə arxeoloji kompleksinə dair monoqrafiyanı çap etməsi ölkəmizin arxeologiya elmində ilk hadisədir. 

“Göytəpə: Azərbaycanda, Orta Kür hövzəsində Neolit dövrünün tədqiqatları” (Göytepe: Neolithic Excavations in the Middle Kura Valley, Azerbaijan) adlı əsərin həmmüəllifləri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Fərhad Quliyev və Tokio Universitetinin (Yaponiya) tarixə qədərki arxeologiya üzrə professoru, həmin qurumun muzeyinin direktoru, doktor Yoşihiro Nişiakidir.

384 səhifədən, 285 şəkil və 37 tablodan ibarət monoqrafiya yerli neolit arxeoloji mədəniyyətinin lokal variasiyalarından biri olan və bizim eradan əvvəl VI minilliyə aid Göytəpə erkən kənd tipli yaşayış yerinin Azərbaycan və Yaponiya arxeoloqları tərəfindən müştərək tədqiqatlarının ilkin (2008-2013) nəticələrini əks etdirir. Monoqrafiyanın təqdimat mətnində də göstərilib ki, Göytəpə - Cənubi Qafqazda neolit dövrünə aid zəngin yaşayış yerlərindən biridir. Müxtəlif elm sahələrinin arxeoloji tədqiqatlarda tətbiqi vasitəsilə abidənin radiokarbon tarixləri, neolit dövrünün memarlığı, erkən texnologiyalar, sosial təşkilatlanma, bitki və heyvanların istifadəsi kimi məsələlərə aydınlıq gətirilib. Elmi əsərdə Azərbaycan ərazisində 8 min il bundan əvvəl özünün lokal xüsusiyyətləri ilə seçilən ilk əkinçi tayfaların zəngin həyat tərzinin əsas başlıca xüsusiyyətlərini və dünyanın müxtəlif laboratoriyalarının analizlərinin nəticələri əsasında Anadolunun qədim cəmiyyətləri ilə sıx əlaqələrini göstərən faktlar da yer alıb.




Redaktorun seçimi

“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?

Elm və təhsil