USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Peşə təhsilində həyat və fəaliyyətin təhlükəsizliyi dərsləri ən ümdə məsələdir” AÇIQLAMA


https://img.baki-baku.az/news/2020/08/photo_26.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni Təhsil naziri Emin Əmrullayevi qəbul edərkən ölkədə təhsilin cari durumu barədəki çıxışında peşə təhsilinin hazırkı durumuna və perspektiv vəzifələrinə xüsusi toxunmuşdu. Dövlət başçısının səsləndirdiyi tezislər mövcud istiqamətdə özəl peşə təhsili verən yerli məktəblərin olması zərurətini də gündəmə gətirməkdədir.

Kulane Peşə Təhsil Mərkəzi də fəaliyyətini məhz bu istiqamətdə quraraq ilk addımlarını atan yerli Azərbaycan şirkətidir. Mərkəzin direktoru Ziya Hacılı Yenisabah.az-a açıqlamasında rəhbrəlik etdiyi qurumun gördüyü işlərdən, tətbiq etdiyi yeniliklərdən söz açıb. 

Z.Hacılı bildirib ki, yarandığı qısa müddət ərzində mərkəz ölkəmizdə fəaliyyət göstərən beynəxlaq şirtkərlərdə çalışmış, lazımı beynəxalq və yerli təcrübəni əxz etmiş gənc kadrları işə cəlb edib. Onlar  əldə etdikləri mükəmməl bilikləri kurslarda namizədlərə öyrədiblər. Həmin namizədlər həm beynəlxalq akkreditasiyalı, həm də yerli qanunvericiliyin tələbinə uyğun müvafiq sənədlərlə təmin olunublar. Bu isə konkret ixtisas üzrə işədüzəlməni asanlaşdıran ciddi amildir.

Z.Hacılı həmçinin vurğulayıb ki, Kulane Peşə Təhsil Mərkəzi müasir sənayenin tələbatına uyğun peşə ixtisaslarına önəm verir. Altı aylıq kurslar dönəmində namizədlərə sırf ixtisas dərsləri keçilməkdədir. Namizədlərin xarici ölkələrdən gəlmiş əməkdaşlarla işləyəcəyi, onların hər birinin özünəməxsus mədəniyyət daşıdığı nəzərə alınaraq, onlara psixologiya, kollektivdə davranış qaydaları və ilkin xarici dil bilikləri də öyrədilməkdədir.

Mərkəz direktoru intervyusunda diqqəti ölkədə sənayedə iş zamanı baş verən bədbəxt hadisələrin ürəkağrıdıcı statistikasının səbəblərinə də çəkib. O qeyd edib ki, belə halların mövcudluğu peşə təhsilinə daha fərqli yanaşmaları zəruri edir. Buna görə də Kulane Peşə Təhsil Mərkəzi tərəfindən bütün kurslarda həyat və fəaliyyətin təhlükəsizliyi dərsləri ən ümdə məsələ kimi irəli sürülməkdədir.

Qeyd edək ki, Kulane Peşə Təhsil Mərkəzi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, həmçinin digər aidiyyatı təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyətdədir. 




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Elm və təhsil