- Maraqlı
- 16:09 21.01.2021
Ölkə üzrə bütün təhsil müəssisələrində ənənəvi tədris prosesinin bərpası ilə bağlı müvafiq qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda ənənəvi tədrisin bərpası ilə bağlı hər hansı bir qərar yoxdur. Qərar olduğu halda Təhsil Nazirliyinin rəsmi internet resurslarında məlumat yerləşdiriləcək.