USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

“Qarabağın təbii ehtiyatlari atlasi” nəşr olunacaq


https://img.baki-baku.az/news/2020/12/photo_2134.jpg

AMEA Geologiya və Geofizika İnstitutunun təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişi ilə Milli Elmlər Akademiyası alimlərinin tərtib etdiyi “Qarabağın təbii ehtiyatları atlası” albom şəklində çap olunmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Kartoqrafiya Fabrikinə təqdim edilmişdir.

Bu barədə redaksiyamıza məlumatı verən AMEA Geologiya və Geofizika İnstitutu Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli bildirdi:

     –Qarabağın təbii ehtiyatları atlası”nın (miqyas 1:770000) işlənib hazırlanmasına Geologiya və Geofizika İnstitutunun alimləri ilə yanaşı, AMEA-nın  Goğrafiya, Botanika, Zoologiya İnstitutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri cəlb edilmişdir. Atlasda Qarabağın dağlıq və düzən ərazilərinin geoloji quruluşu və faydalı qazıntı ehtiyatları, seysmikliyi, relyef və geomorfologiyası, iqlim və aqroiqlim şəraitləri, yeraltı və səth suları,  torpaq və torpaq ehtiyatları, bitki örtüyü, heyvanlar aləmi, landşaftlar üzrə təyinatlı xəritələr, inzibati rayonların yeni məlumatlarla zənginləşdirilmiş mükəmməl ümumcoğrafi xəritələr yer almışdır.

Bundan əlavə alimlər bir neçə yeni xəritə faydalı qazıntı yataqları, metal və qeyri-metal xammalın minerageniyası, təbiət abidələri, oroqrafiya, çay şəbəkəsi, meşə örtüyü xəritələri atlası da hazırlamışlar. Yeni nəşr xüsusi üslubda tərtib edilmişdir. Belə ki, oxucuların daha ətraflı  məlumatlandırılması məqsədilə hər xəritə ayrılıqda Azərbaycan, ingilis, rus dillərində izahedici mətn ilə müşayiət olunur. 

Qarabağın təbii ehtiyatları atlası” regionla bağlı ilk sanballı kartoqrafik məlumat bazası olmaqla böyük praktiki əhəmiyyətə malikdir. Şübhə yoxdur ki, yeni hazırlanmış xəritələr toplusu erməni işğalından azad olunmuş Qarabağ ərazilərinin bərpası və sosial-iqtisadi inkişafı istiqamətində başlanılmış geniş və məqsədyönlü işlərin həyata keçirilməsi üçün çox dəyərli mənbə olacaq, orta məktəblərdə isə maarifləndirici vəsait kimi istifadə ediləcək. Atlasın məzmunu regionun təbiət irsinin rəngarəngliyi barədə yerli və beynəlxalq içtimaiyyətin məlumatlandırılması baxımından faydası da şübhəsizdir.

Alimin dediklərinə əlavə olaraq bildirək ki, AMEA Geologiya və Geofizika İnstitutunda Azərbaycanın geoloji-təbiət irsinə aid kitab və atlasların nəşri və geniş auditoriyaya çatdırılması istiqamətində ardıcıl işlər davam etdirilir. Son illər ərzində elmi müəssisədə “Dünya palçıq vulkanlarının atlası” (Azərbaycan, rus, ingilis dillərində), “Azərbaycanın dördüncü dövr (kvarter) sisteminin paleontoloji atlası”, “Azərbaycanın filiz yataqlarının atlası”, bir neçə kollektiv monoqrafiya – “Azərbaycan Respublikasının geoloji irsi”(Azərbaycan, rus, ingilis dillərində), “Azərbaycanın geoloji irsi: Naxçıvan diyarı”, “Azərbaycanda geologiya elmi” (ingilis dilində) və digər gərəkli nəşrlər hazırlanmış və çap etdirilmişdir.

 

Tahir AYDINOĞLU




Redaktorun seçimi

Üç pulyoxtyor -  TƏFSİLAT
  • İqtisadi təhlil
  • 15:57 15.11.2021
Üç pulyoxtyor - TƏFSİLAT

Elm və təhsil