USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

SDU-nun məzunları adlarını tarixə yazdılar - QƏHRƏMANLIQ


https://img.baki-baku.az/news/2020/12/photo_1956.jpg?v=MjAyMC0xMi0wMSAxMzo0NDowMA==

Əsrə, qərinəyə bərabər olan 44 günlük haqq savaşımızla dünya düzəni, mizanı dəyişdi.Tarix təkrarlandı qəhrəmanlar diyari Odlar Yurdu Azərbaycanın bayrağı Murovun zirvəsində Şuşa qalasında dalğalandı. 2020-ci il fəlakətlə (COVID - 19) adlı bəla ilə dünyanı cənginə aldı. “Bizim üçün önəmli insan sağlamlığıdır, vətəndaş məmnunluğudur” deyib pandemiyanın ən dəhşətli günlərində xalqı ümümbəşəri bəladan qoruyan möhtərəm prezident cənab İlham Əliyev bütün addımları ilə Ulu Öndər Heydər Əliyevin “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır”, böyük filosof Platonun “Xalqı yaşat ki,dövət yaşasın” hikmətini gerçəyə çevirdi. Prezident seçkilər dönəmində xalqa arxalandığı kimi, xalqın ağır, dar məqamında da onun arxasında oldu. Bununla kifayətlənmədi, Müstəqilliyin, müharibənin ilk illərində yardım alan ölkəsini Pandemiya zamanı yardım alan yox,yardım edən ölkəyə çevirdi, Qoşulmama Hərakatının, Türk Şurasının aparıcı qüvvəsi kimi fəlakətin aradan qaldırılması istiqamətində mühüm işlər gördü.

44 gün haqq savaşımız, mənfur düşmən üzərində tarixi qələbəmiz dünyaya görk oldu. “Qüdrətli Erməni ordusu ideyasına, Böyük Ermənistan xülyasına son qoyuldu”. Mötərəm Prezidentimiz bununla həm də tarixi ədaləti bərpa etdi. Dünyaya sübut etdi ki, burada, Cənubi Qafqazda, böyük İpək Yolu boyunda, Şərqlə Qərbin kəsişdiyi nöqtədə sivilizasiyaların, mədəniyyətlərin dialoq, dinlərin tolerantlıq ünvanı olan əzəmətli əyilməz, mərd, məğrur, ərazi bütövlüyünün pozulması ilə barışmayan qüdrətli bir diyar - Odlar Yurdu Azərbaycan var. Onunla ancaq onun istədiyi dildə danışmaq olar. “Ağıl olan yerdə, zora ehtiyac yoxdur!” nidasından boylanan xalq zorun meydan oxuduğu, gücün hökm etdiyi dünyaya səbr kasası daşanda Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dili ilə cavab verdi: “Dünya beşdən böyükdür!”

Ömrü boyu zora, dünyanın İkili standartlarına arxalanan Ermənistan,Tanrı evlərini səlib yürüşlərinin planlarının cızıldığı siyasət meydanına çevirən yüz illər boyu türkün qanına susayan Erməni katalikosları Paşinyanın simasında növbəti tarixi səhvini etdi “Qarabağ Ermənistandır” söylədi.

Prezidenti cənab İlham Əliyev bir Ali Baş Komandan olaraq bunu Paşinyanın simasında, əli Azərbaycan xalqının qanına batan Koçaryanlara, Zori Balayanlara bağışlamadı. “Qarabağ Azərbaycandır!” dedi. Bu vurğuda təkcə bir nida yox idi sanki üç ox idi. Koçaryanların, Zori Balayanların Paşinyanların sinəsinə tuşlanmışdır!

Onun bir Ali Baş Komandan ucalığı vardı. Tovuzun Ağdam kəndində tökülən qan Ordu Generalının qanı idi. General Polad Həşimovun intiqamı necə alına bilərdisə Prezidenti cənab İlham Əliyev onu o şəkildə aldı. Ordunu götürüb səngərə getdi.Qisas qiyamətə qalmaz dedi.Orduya bərabər Generalın qisasını Ali Baş Komandan, Ordu ala bilərdi. Müzəffər Ali Baş komandan, Müzəffər Azərbaycan Ordusu ifadəsi belə yarandı!

44 günlük tarixi savaşı ilə əzilən, məğlub edilən yox, məğlub edilməz Xalqın Lideri olduğunu bəşəriyyətə sübut etdi! Yer üzünə səpələnən 50 milyondan çox Azərbaycanlının,milyonlarla müsəlmanın, türkün qürur mənbəyinə çevrildi!

Bizim işimiz haqq işi idi! Biz zəfər çaldıq! Qarabağı aldıq! Qarabağ Azərbaycandır dedik. Azərbaycanın Ali Baş Komandanının iradəsi, müzəffər ordusunun cəsarəti, Şəhidlərimizin al qanı ilə tarixi ədaləti bərpa etdi!

Sumqayıt Dövlət Universitetinin Rəhbərliyi, professor- müəllim və tələbə heyəti olaraq xoşbəxtik o, tarixi yazanları sırasında yetirmələrimiz var. Şəhid kimi, Qazi kim! Biz gedərik, onlar əbədidir!

Bu gün Kəlbəcərdə, Laçında, Şuşada –qarı, buzu yarıb səngərlərə sipər olan Qazilərimizin, igidlərimizin sırasında Fizika və elektroenergetika fakültəsinin məzunu  Raci Həmidzadə, İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi Vüsal Verdiyev kimi yetirmələrimizi görmək,sosial şəbəkələrdən, internet mediyadan onların səsini  xoş sözünü, qələbə müjdəsini eşitmək insanda bir başqa ovqat yaradır.Bu o, deməkdir ki, biz doğrudanda təkcə müəllim, mühəndis,tarixçi, kimyaçı, iqtisadçı deyil, Şəxsiyyət, Vətəndaş yetişdirmişik! Vətəndaşı olmayandan,olmaz ölkə Vətəndaşı!”

Sumqayıt Dövlət Universitetinin Rəhbərliyi, professor - müəllim və tələbə heyəti qəhrəman məzunlarımızın tezliklə ailələrinə dönmələrini arzulayır, onlarla görüşü səbirsizliklə gözləyir.Valideyinlərinə belə övladlar böyütdüklərinə görə minnətdarlığını bildiririr. Birinci və İkinci Qarabağ  müharibəsində Şəhid olmuş tələbə və məzunlarımız  Həmzə Adıyev,Vaqif  Hüseynov, Fuad Əhmədov, Mehdi Mehdiyev, İbrahim Tağıyev, Vidadi Qəhrəmanov, Mikayıl Vahabzadə, Seyfəddin Balağayev, Orxan Teymurlu, Hüseyn  Soltanov, Təhmasib Qarayev, Rəşad Mikayılzadə, Ətraf Qənimətov, Elgün Quliyev, Kənan Müzəffərli kimi  Şəhidlərimizin ruhu qarşısında baş əyir! Yaşasın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev!

Eşq olsun igid, mübariz, fədakar, qəhrəman Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Elm və təhsil