USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dendrologiya İnstitutunda yeni növ ekzotik bitkiləri öyrənir


https://img.baki-baku.az/news/2020/08/photo_15.jpg?v=MjAyMC0wOC0xMiAxODozMzozNQ==

AMEA-nın Dendrologiya İnstitutunun Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasında Arbutus unedo L. növünün və bir çox yeni növ ekzotik bitkilərin introduksiyası, bioloji xüsusiyyətlərinin öyrənilməsi, xarici mühit amillərinə uyğunlaşdırılması və landşaft arxitekturası əsasında tətbiqi üzrə geniş tədqiqatlar aparılır. Bu barədə məlumat AMEA-nın saytında yerləşdirilib.

Laboratoriyanın elmi işçisi Aynur Hüseynovanın sözlərinə görə, sözügedən növ 2017-ci ildən Dendrologiya İnstitutunun bitki kolleksiyaları içərisində yer alır və müəssisənin təcrübə sahəsində öyrənilir. Tədqiqat üçün qələmələr Arbutus unedo L. növünün yaşlı nüsxəsindən əldə edilib və toxumlar ABŞ və Portuqaliyanın botanika bağlarından alınıb.

Abşeron şəraitində çiçəkləmə oktyabr-noyabr aylarından başlayaraq dekabr-yanvar aylarına qədər davam etdiyi üçün bitkinin budaqları üzərində həm çiçəklər, həm də meyvələr müşahidə olunur. Vətənində isə çiçəkləmə dekabr ayından başlayaraq fevrala qədər davam edir. Çiçəkləmənin vaxtı və davametmə müddəti iqlim şəraitindən asılıdır. Meyvələr yaşıl-sarı, getdikcə narıncı, tam yetişdikdə isə tünd qırmızı rəngdə olur, meyvələr uzun müddət bitkinin üzərində qalır. Bitkinin introduksiya olunma dərəcəsini müəyyənləşdirərkən çiçək, meyvə, toxum əmələgətirmə qabiliyyəti və məhsuldarlığı nəzərə alınır. Aparılmış tədqiqatlar nəticəsində Dendrologiya İnstitutunda ilk dəfə 2019-cu ildə Arbutus unedo L. növünün meyvə məhsuldarlığı da öyrənilib. Bu bitkinin meyvəsi ürək və damar xəstəlikləri olan insanlar üçün faydalıdır, immuniteti yüksəldir, görmə qabiliyyətini artırır.

Arbutus unedo L. dekorativ bitki olmaqla yanaşı, deqradasiyaya uğramış ekosistemləri bərpa etmək və səhralaşmanın qarşısını almaq üçün istifadə oluna bilər. Bu bitki Abşeron şəraitində normal meyvə verir, küləkli və rütubətli havaya davam gətirir. Bitkidə Abşeron şəraitində xəstəliktörədici və ziyanvericilər müşahidə edilməyib.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Elm və təhsil