USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir


https://img.baki-baku.az/news/2024/09/photo_14783.jpg

Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin 2024-2025-ci tədris ilində əhatə dairəsi daha da genişləndirilib.

Nazirlikdən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə də tətbiqinə başlanılan layihə çərçivəsində ölkə üzrə məktəb sayı 762-yə çatdırılıb, onlardan 230-u layihəyə yeni cəlb olunub. Yeni tədris ilində layihə ölkənin 57 şəhər və rayonunda 6000 müəllimi, 500 min şagirdi əhatə edir.

Bundan başqa, bu il 30-dan çox məktəbdə informatika fənninin dərindən tədris olunduğu, ixtisaslaşdırılmış “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul imtahanı keçirilib. 826 şagird yeni tədris ilində bu siniflərə qəbul olunub. Ümumilikdə, bu il “Rəqəmsal bacarıqlar” təmayüllü 10-11-ci siniflərdə 1370 şagird təhsilinə davam edəcək.

Qeyd edək ki, layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Elm və təhsil