USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağ Universitetinin tələbə və müəllimləri ilk dərs günündə təəssüratlarını bölüşüblər


https://img.baki-baku.az/news/2024/09/photo_14719.jpg

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılıb. 

Universitetin tələbə və müəllimləri ilk dərs günü münasibəti ilə təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

Cənnət Əliyeva Naxçıvan Muxtar Respublikasının 7 nömrəli tam orta məktəbinin məzunudur. Qarabağ Universitetinin Psixologiya fakültəsində təhsil alır: “Xankəndidə olduğuma görə çox sevincliyəm. İşğaldan azad olunan torpaqda yerləşən universitetdə təhsil aldığıma görə qürur hissi keçirirəm”.

Sadiq Məmmədov Qarabağ Universitetinin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasında təhsil alır: “Çox sevincli və xoşbəxtəm. Universitetə 410 balla qəbul olmuşam. İlk dərs günü olduğu üçün, eyni zamanda, universitetin ilk tələbələrindən olduğuma görə həyəcanlıyam”.

Arzu Xankişili Zəngilan rayon 14 nömrəli məktəbin məzunudur: “Qarabağ Universitetinin ilk tələbələrindən olmaq qürurvericidir. Bu hissləri bizə yaşadan Prezident İlham Əliyevə təşəkkür edirəm, şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram”.

Əmirxan Əmirxanov hesab edir ki, digər ali təhsil müəssisələrindən fərqli olaraq Qarabağ Universiteti tələbələrə daha böyük perspektivlər vəd edir: “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasında təhsil alıram. Burada oxumaq bizim üçün fəxrdir”.

Universitetin Beynəlxalq dil mərkəzinin müəllimi Nigar Ramazanova ali təhsil müəssisəsinin ilk müəllimlərindən olduğu üçün qürur duyduğunu söyləyib: “Məqsədimiz bu universiteti daha yüksək səviyyələrə qaldırmaq, keyfiyyətli təhsil verməkdir. Qarabağ Universitetinin dünyanın reytinqli universitetləri sırasında yer alması əsas hədəflərimizdəndir”.

Ali təhsil müəssisəsinin Beynəlxalq dil mərkəzinin ingilis dili müəllimi Günəş Qafarlı tələbələrdən gözləntilərinin yüksək olduğunu dilə gətirib: “Biz buraya Qarabağı yenidən qurmaq üçün gəldik. İnanıram ki, addımladığımız bu yolda missiyamızı uğurla başa vuracağıq”.

Xatırladaq ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.

Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə “SABAH” qrupları təşkil olunub. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin “SABAH” qruplarında ikinci tədris ilində təhsil alacaq.

İlkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Elm və təhsil