USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

UNEC və Türkiyənin Ege Universitetinin ikili diplom proqramının tələbələri bu ildən Türkiyədə təhsilə başlayacaqlar


https://img.baki-baku.az/news/2024/09/photo_14185.jpg

UNEC-in Türkiyənin Ege Universiteti ilə “Qida mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramı uğurla davam edir.

Ötən ildən qəbulu həyata keçirilən iki diplom proqramını bitirmiş birinci kurs tələbələri bu ildən II və III kurs üzrə təhsillərini Ege Universitetində davam etdirəcəklər.  IV kursda isə yenidən UNEC-də təhsil alacaqlar. Proqramdan uğurla məzun olan tələbələr hər iki universitetin diplomunu əldə etmiş olacaqlar.

UNEC rektoru professor Ədalət Muradov proqramın I kursunu bitirmiş tələbələrlə görüşüb. Ege Universiteti ilə ikili diplomun texniki və texnoloji ixtisaslar üzrə ilk proqram olduğunu deyən rektor, bu proqramların sayının artırılacağını diqqətə çatdırıb.

Rektor “Qida mühəndisliyi” ixtisasının əhəmiyyətindən də danışıb. Bildirib ki, gələcəyin ixtisasları sırasında olan “Qida mühəndisliyi” sahəsi üzrə peşəkar mütəxəssislərə əmək bazarında hər zaman tələb olacaq. Rektor qeyd edib ki, tələbələr  II və III kursu Ege Uniersitetində təhsil alaraq, ixtisas fənlərini Türkiyə təcrübəsi əsasında öyrənmiş olacaqlar. Bu isə onların öz sahələri üzrə beynəlxalq səviyyəli mütəxəssis kimi yetişmələri üçün önəmli rol oynayacaq.

Görüşdə bildirilib ki, bu il ikili diplom proqramına 20 tələbə qəbul olaraq, plan yeri dolub. Qəbul olan tələbələr arasında bir nəfər Türkiyə vətəndaşının olduğunu deyən rektor, proqrama Türkiyə vətəndaşlarının marağının artmasının sevindirici hal olduğunu vurğulayıb.

Tələbələrə Ege Universitetində təhsil aldıqları müddətdə lazım olacaq komminikasiya sistemi haqqında da ətraflı məlumat verilib. Bildirlib ki, onlar Ege Universitetinin yataqxanası ilə təmin olunacaqlar, eyni zamanda türkiyəli tələbələr üçün yaradılan bütün imkanlardan bərabərhüquqlu şəkildə yararlana biləcəklər.

Tələbələr UNEC-in yaratdığı fürsəti yüksək qiymətləndirərək, Türkiyədə təhsil almaq imkanının onlar üçün böyük şans olduğunu qeyd ediblər.

Sonda rektor tələbələrə təhsillərində uğurlar arzulayaraq, onlara öz tövsiyələrini verib. 




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Elm və təhsil