USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub

Təhsil İnstitutu: 21 min 694 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb


https://img.baki-baku.az/news/2024/07/photo_13319.jpg

2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub.

Təhsil İnstitutundan bildirilib ki, şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış şəxsi kabinetlərinə daxil olaraq qəbul nəticələrini öyrənə bilərlər.

Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə, şəxsi kabinetlərinə daxil olaraq iyulun 18-i saat 12:00-a qədər qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri şəxsi kabinetdən təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab ediləcək. Lisey, yaxud gimnaziyaya qəbul olan və valideyn modulundan təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.

Qeyd edək ki, qəbul imtahanında iştirak edən 29 min 480 şagirddən 21 min 694 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb. Seçimdə iştirak edən 17 min 3 şagirddən 3731 nəfəri mərkəzi imtahanlı lisey və gimnaziyalara qəbul olunub.

Qəbul nəticələri ilə bağlı müraciətlər iyulun 16-sı saat 12:00-a qədər institutun rəsmi elektron ünvanına ([email protected]) göndərilə bilər.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Elm və təhsil