USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ali təhsil müəssisələrinin sərgisində iştirak etmək üçün qeydiyyat başlanıb


https://img.baki-baku.az/news/2024/07/photo_13310.jpg?v=MjAyNC0wNy0xMSAxMjo1OTo0NQ==

İyulun 31-dən avqustun 2-dək Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq. Sərgidə ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl ali təhsil müəssisələri təmsil olunacaqlar.

DİM-dən bildirilib ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər. İştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.

Xatırladaq ki, DİM-in elektron imtahanlar korpusu Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108 ünvanında yerləşir.




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Elm və təhsil