USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Qurani-Kərim əlifbası və təcvid qaydaları” kitabı çapdan çıxıb


https://img.baki-baku.az/news/2024/05/photo_12417.jpg

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müəllimi Əbülfət Vəliyevin “Qurani-Kərim əlifbası və təcvid qaydaları” kitabını nəşr etdirib.

İnstitutdan  bildirilib ki, bu kitabın nəşri “Qurani-Kərim”in tilavətini düzgün şəkildə öyrətmək məqsədi daşıyır. Kitabda hərflərin sözdə göstərilməklə öyrənilməsi, bütün dərslərin hecalar üzərində qurulması və hər bir hərfin hecalarda işlədilməsi xüsusilə nəzərə alınıb. Müəllimlər üçün də bir sıra qeydlərin yer aldığı bu kitabda, bütün nümunələrin “Qurani-Kərim”dən götürülmüş olması və rəngli şəkildə verilməsi kitabı zənginləşdirən özəlliklərdəndir. Üç fəsildən ibarət bu kitabın birinci fəslində “Qurani-Kərim” əlifbası, ikinci fəslində təcvid qaydaları, üçüncü fəslində isə “Qurani-Kərim”dən ayə və surələr təcvid qaydalarına uyğun olaraq rənglənərək verilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə institutun müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunmuş əsərlərinin nəşri daxildir. Eyni zamanda, institutun qarşısına qoyduğu məqsədlərdən biri ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Elm və təhsil