USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb


https://img.baki-baku.az/news/2024/04/photo_11995.jpg

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cümhuriyyət məfkurəsi” kitabı çap olunub.

İnstitutdan bildirilib ki, kitabın elmi redaktoru və “Mənbəşünas hünəri” adlı “Ön söz”ünün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Tərtib edəni Türkiyənin Fırat Universitetinin əməkdaşı Növrəstə Rüstəmlidir.

Kitab müəllifin son 10 ildə beynəlxalq elmi sistemlərə daxil olan nüfuzlu jurnallarda, dövri mətbuat orqanlarında, məcmuələrdə dərc edilmiş elmi və elmi-publisistik məqalələr toplusundan ibarətdir. “Elm və təhsil” nəşriyyatında çap olunan kitabdakı arxiv materialları və məxfi sənədlər əsasında yazılmış əsərlərin əksəriyyəti faktoloji yeniliyi, təhlil və dəyərləndirmə fərqliliyi ilə seçilir.

Toplu “Siyasətin siqləti və qüdrəti”, “Cümhuriyyət məfkurəsi”, “Elm məbədgahları”, “C.Cabbarlı irsindən araşdırmalar”, “Milli mətbuat tariximizdən”, “Milli ədəbiyyatımızın klassikləri”, “Ədəbi portretlər” başlıqlı yeddi bölümdən ibarətdir.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Elm və təhsil