USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

12 yaşlı azərbaycanlı Yaponiyada yeni təhsil proqramında iştirak edib


https://img.baki-baku.az/news/2024/04/photo_11944.jpg?v=MjAyNC0wNC0wOSAyMDowMjoxMA==

12 yaşlı soydaşımız Əmir Hüseynli Yaponiyada yeni təhsil proqramının gənc iştirakçılarından biri olub.

XQ xəbər verir ki, Yaponiya Təhsil Nazirliyi ölkənin aparıcı nəşriyyatlarından biri olan “Mitsumura Tosho Publishing” ilə birlikdə aprel ayından bir çox regionlarda istifadə olunan 5-6-cı sinif şagirdləri üçün yeni orijinal dərsliklər buraxıb. İngilis dilinin öyrədilməsini nəzərdə tutan dərslikdəki material 11-12 yaş qrupu üzrə müxtəlif ölkələrdən olan uşaqlar arasında elan olunmuş beynəlxalq müsabiqənin qaliblərinin nəticələri əsasında tərtib edilmişdir. Müsabiqədə dünyanın hər yerindən ingilis dilində danışan onlarla uşaq iştirak edib. Müsabiqənin şərtlərinə görə, uşaqlar təqdim olunan sualları cavablandırdıqları, vətənləri, mədəniyyətləri, eləcə də gündəlik həyatları haqqında qısaca danışaraq videomaterial hazırlamalı idilər.

Əmir Hüseynli də bu qeyri-adi müsabiqənin qaliblərindən biri olub. Azərbaycanlı azyaşlı iştirakçının videoreportajı və fotoşəkli yapon məktəblilərinə ölkələrimiz arasında coğrafi və mədəni sərhədləri öyrənməyə kömək edir.

Bu kompleks dərslik Yaponiyanın Təhsil, Mədəniyyət, Gənclər və İdman, Elm və Texnologiya nazirlikləri tərəfindən sertifikatlaşdırılmışdır. Nəşriyyat ümid edir ki, bu dərslikdən istifadə edən ibtidai sinif şagirdləri təkcə ingilis dili bacarıqlarını deyil, həm də müxtəlif ölkələri kəşf etməyə və dünya uşaqlarını daha yaxşı başa düşməyə imkan verən çevik zehni qabiliyyətlərini inkişaf etdirəcəklər.

Qeyd edək ki, Əmir Hüseyinli “Söz” Ədəbi Dərnəyinin qurucusu, tanınmış yazar-şairə Nigar Həsənzadənin oğludur.

Anar ƏLİ




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Elm və təhsil