USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ADAU-nun rektoru Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində olub


https://img.baki-baku.az/news/2024/03/photo_11628.jpg

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində keçirilən Rektorlar Konfransında dünyanın müxtəlif ölkələrindən 20-yə yaxın aqrar yönümlü universitetin rektorları iştirak edib.

Konfrans zamanı keçirilən görüşlərdə birgə elmi-tədqiqat, layihə, eyni zamanda, ikili diplom proqramlarının həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

Həmçinin Z.Qurbanov Almaniyanın Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetində magistratura səviyyəsində təhsil alan ADAU məzunları ilə görüş keçirib, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, ADAU ilə Almaniya Federativ Respublikasının ali təhsil müəssisələri ilə geniş təcrübə mübadiləsi həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin “Menecment” (alman proqramı) ixtisasında təhsil alan onlarla tələbə hər il Almaniyaya Vaynştefan-Trisdorf Tətbiqi Elmlər Universitetinə magistratura təhsili almaq üçün gedir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Elm və təhsil