USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək


https://img.baki-baku.az/news/2024/03/photo_11478.jpg

Aprelin 7-də Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək.

Təhsil İnstitutundan bildirilib ki, müsabiqədə iştirak üçün qeydiyyat martın 11-dən başlanacaq.

Müsabiqə 2 mərhələdən ibarət olacaq. Hər sinif üzrə ən yaxşı nəticə göstərən şagirdlərin 10 faizinə diplom veriləcək. Birinci mərhələdə ən yaxşı nəticə göstərmiş şagirdlərin 5 faizi final mərhələsinə vəsiqə qazanacaq. Finalçılardan hər sinif üzrə 18 şagird qalib (3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) elan ediləcək. Qaliblər hədiyyə və medallarla, bütün iştirakçılar isə sertifikatla təltif olunacaqlar.

Müsabiqənin keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdən olan ekspertlərin hazırladıqları tapşırıqlar vasitəsilə şagirdlərin yaşlarına uyğun riyazi billiklərinin yoxlanılmasına imkan yaratmaqdan ibarətdir.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində yüz minlərlə şagirdin iştirakı ilə təşkil olunur. Uzun illərdir ki, ölkəmizdə keçirilən bu müsabiqədə minlərlə şagirdə riyaziyyat fənni üzrə biliklərini yoxlama imkan yaradılır. Müsabiqə şagirdlərin problem həlletmə bacarıqlarını, məntiqini və riyazi mülahizələrini yoxlayan qapalı tipli test tapşırıqlarından ibarətdir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Elm və təhsil