USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nəticələr daha yüksəkdir DİM sədri qəbulla bağlı xarakterik xüsusiyyətləri açıqladı


https://img.baki-baku.az/news/2020/09/photo_1072.jpg?v=MjAyMC0wOS0yNCAxODozODoyNQ==

"Keçən ilki buraxılış imtahanı ilə builki imtahanı müqayisə edəndə builki nəticələr daha yüksəkdir". 

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu, builki buraxılış imtahanlarında açıq sualların  sayının 50 faiz azaldılması ilə əlaqədardır: "Bəlkə də şagirdlər imtahana daha yaxşı hazırlaşıb, vaxt baxımından imkanları daha çox olub. Statistik göstəricilərdə builki və ötənilki nəticələri müqayisə edəndə görürük ki, imtahan nəticələri təxminən eynidir. Bu il nə sıçrayış, nə də daha pis vəziyyət olub. İmtahanın təşkili isə daha mürəkkəb idi. İmtahanlara giriş çox ciddi təşkil olunmuşdu".

Bu il Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasında plan yerləri 100 faiz dolub. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, Azərbaycan  Milli Konservatoriyasında plan yerləri 98 faiz, Azərbaycan Dillər Universitetində 95 faiz, Bakı Dövlət Universitetində 93 faiz dolub: "Bunlar çox yüksək göstəricilərdir. Qəbul planı ən aşağı faizlə dolan Azərbaycan Kooperasiya Universitetidir - 62%, Azərbaycan Əmək və Sosial Akademiyası da aşağı faizlə dolan universitetlər sırasındadır. Bu il kifayət qədər subbakalavr da ali məktəblərə qəbul olunub. Ən çox subbakalavr Gəncə Texnologiya Universitetinə qəbul olunub- 36 faiz. Subbakalavrların 53 faizi isə Bakı Biznes Universitetinə qəbul olub".




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Elm və təhsil