USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri Azərbaycan İlahiyyat İnstitutunda olub


https://img.baki-baku.az/news/2024/01/photo_10689.jpg

Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri Şeyx Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) görüş keçirilib.

Bu barədə institutdan məlumat verilib.

Görüşdə Aİİ-nin rektoru Aqil Şirinov ölkələrimizin dostluq münasibətlərinin əhəmiyyətindən danışıb. Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu diqqətə çatdıran rektor dövlət–din siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunun tarixi, qəbul prosesi, beynəlxalq əlaqələri və hədəfləri barədə məlumat verib. Qeyd olunub ki, institutda təhsil ödənişsizdir, bakalavriat pilləsində islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə qəbul həyata keçirilir. O, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunduğunu vurğulayıb.

Şeyx Faiq Nəbiyev Gürcüstan və Azərbaycanın dini qurumları arasında sıx münasibətlərin qurulduğunu bildirib, mövcud əlaqələrin daha da genişləndiriləcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını, bu təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.

Sonra qonaqlar institutun kitabxana fondu ilə tanış olublar.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Elm və təhsil