USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

MEK-in fondlarında qorunub saxlanılan nadir nüsxələr rəqəmsallaşdırılır


https://img.baki-baku.az/news/2024/01/photo_10660.jpg

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) daim dəyişən yeni zamana, ehtiyac və maraqlara uyğunlaşaraq sənədlərin rəqəmsallaşdırılması, oxuculara elektron informasiya xidmətinin göstərilməsi istiqamətində bir sıra mühüm addımlar atır.

MEK-dən bildirilib ki, cəmiyyət üçün olduqca önəmli olan bu mühüm vəzifəni yerinə yetirmək üçün kitabxananın Reproqrafiya şöbəsinin xüsusi xidmətləri var. Belə ki, Almaniya istehsalı olan xüsusi aparatlarının köməyi ilə kitab, jurnal, qəzet və məqalələr skan edilərək elektron versiyaları yaradılır və xüsusi proqram (ABBYY FineReader) vasitəsilə konvertləşdirilərək PDF formatda kitabxananın ümumi bazasına yerləşdirilir. Bu günədək minlərlə kitab konvertasiya olunaraq MEK-in elektron kitabxanasında yerləşdirilib. Təkcə ötən il ərzində şöbəyə görkəmli şəxsiyyətlərin, alimlərin kitablarının və məqalələrinin yer aldığı 2000-dən artıq material daxil olub. Onların sırasında xarici və yerli yazıçıların, şairlərin kitabları, o cümlədən Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş nəşrlər, görkəmli şəxsiyyətlərin yubileyləri münasibətilə onların həyat və yaradıcılığını əks etdirən məlumatlar var. Bundan əlavə, həmin materialların hazırlanması və virtual sərgiyə təqdim edilməsi, MEK-in fondlarında qorunub saxlanılan nadir nüsxələrin rəqəmsallaşdırılması şöbənin əsas iş prinsiplərindən olaraq müntəzəm şəkildə həyata keçirilir.

2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar MEK tərəfindən ilboyu ardıcıl silsilə tədbirlər həyata keçirilib, Ulu Öndərin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərini özündə ehtiva edən kitablar sərgilənib, elektron layihələr təqdim olunub. Keçən il Ulu Öndərin irsinə dair “Heydər Əliyev xalqa həsr olunmuş ömür”, “Heydər Əliyev 100”, “Heydər Əliyev - Azərbaycan dili və azərbaycançılıq”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”, “Ulu Öndər Heydər Əliyev siyasətinin müdriklik gücü” və s. kimi 330 nüsxə ədəbiyyat, “Kommunist” qəzetinin 55 sayından 1300 məqalə, o cümlədən akademik Zərifə xanım Əliyevanın 100 illiyi çərçivəsində kitablar elektronlaşdırılaraq bazaya yerləşdirilib.

Şöbə akademik tədqiqat institutları, universitetlər və digər qurumlarda mövcud olan fiziki və elektron elmi materialların bir bazada cəmləşməsini və istifadəyə verilməsini də təmin edir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Elm və təhsil