USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

UNEC ilə Hacəttəpə Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb


https://img.baki-baku.az/news/2023/12/photo_10339.jpg

Türkiyənin Hacəttəpə Universitetinin rektoru professor Mehmet Cahit Güranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

Nümayəndə heyəti öncə rektor Ədalət Muradovla birlikdə UNEC-in şəhid olmuş tələbə və məzunlarının Memorial Abidə Kompleksini ziyarət edib.

Sonra müvafiq struktur rəhbərlərinin iştirakı ilə tərəflər arasında görüş keçirilib. Görüşdə “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi, elektron kitabxanaların inteqrasiyası, akademik və inzibati idarəetmənin daha da təkmilləşdirilməsi barədə müzakirələr aparılıb. Eyni zamanda, UNEC-in sədrliyi ilə Bakıda yanvar ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyinin Baş Assambleyası ilə bağlı fikir mübadiləsi aparılıb.

Rektor Mehmet Cahit Güran Hacəttəpə Universitetinin Türk Universitetlər Birliyinə üzv olmasının nəzərdə tutulduğunu bildirib.

Müzakirələrin sonunda UNEC ilə Hacəttəpə Universiteti arasında yeni əməkdaşlıq haqqında memorandum imzalanıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Elm və təhsil