USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BBC-nin aparıcısı Paşinyana: "Niyə ötən ilin avqustunda siz Stepanakertə səfər edib çıxışınızda "Artsax Ermənistandır" demisiniz?"


  • Region
  •  15:27 14.08.2020
  •  376
https://img.baki-baku.az/news/2020/08/photo_90.jpg

Ermənistanın Baş Naziri Nikol Paşinyan BBC-nin HARD Talk proqramına müsahibə verib.

Trend-in məlumatına görə, Paşinyanla müsahibəni jurnalist Stephen Sackur aparıb. BBC-nin HARD Talk proqramında qonaqlara maksimum tənqidi və çətin suallar verilir. Nikol Paşinyan isə bu tənqidi və çətin suallar qarşısında aciz duruma düşüb.

Paşinyan iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı suala cavabında Azərbaycanı "ilk hücumu etməkdə" ittiham edib.

Paşinyanın bu açıqlamasına aparı bildirib ki, Siz son münaqişəni Azərbaycanın başladığını iddia edirsiniz, qarşı tərəf isə əksini deyir, bu verilişdə bunu aydınlaşdıra bilməyəcəyik. Ancaq aydın olan odur ki, siz buna qədər vəziyyəti gərginləşdirən bir sıra təxribat xarakterli addımlar atmısınız. Məsələn, niyə ötən ilin avqustunda siz Stepanakertə (Xankəndi -red.) səfər edib çıxışınızda "Artsax Ermənistandır" demisiniz? Bu, açıq aşkar Azərbaycana qarşı təxribat idi.

Paşinyan isə bu suallar qarşısında cavab tapa bilməyib. Əvəzində ənənəvi tarixi yalana əl ataraq Dağlıq Qarabağda min illər boyu ermənilərin yaşadığını iddia edib.

Daha sonra jurnalist Stephen Sackur Paşinyanın sözünü kəsərək daha kəskin sual verib:

"BMT Baş Assambleyasının münaqişə ilə bağlı 4 qətnaməsi, hansı ki, işğal olunmuş Azərbaycan torpaqlarından bütün Ermənistan hərbi qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edir, pozmusunuz. Beynəlxalq hüquqa görə sizin qüvvələr işğal həyata keçirir və siz ora gedib bu ərazilərin sizə aid olduğunu elan edirsiniz. Aydındır ki, siz sülh qurucusu deyilsiniz".

Paşinyan növbəti dəfə sualdan yayınaraq Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirdiyini iddia edib.

Aparıcı Dağlıq Qarabağa yol çəkilməsi məsələsilə də bağlı Paşinyana sual ünvanlayıb: "Mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmı?"

Paşinyan isə növbəti suala cavab vermək əvəzinə bildirib ki, bu yolu Ermənistan hökuməti çəkmir.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Region