USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Naxçıvanda “Azərbaycanın Zəfər yolu” mövzusunda konfrans keçirilib


  • Region
  •  12:12 25.09.2023
  •  113
https://img.baki-baku.az/news/2023/09/photo_8487.jpg

AMEA-nın Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun təşkilatçılığı ilə Anım Günü ilə əlaqədar “Vətən müharibəsi: Azərbaycanın Zəfər yolu” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev böyük dövlətlərin havadarlığı ilə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılmasından, ermənilərin tarixi torpaqlarımız hesabına dövlət qurmaq və “ərazilərini” genişləndirmək cəhdlərindən, Rusiyanın “sovetləşdirmə” adı altında Azərbaycan torpaqlarını ermənilərə güzəştə getməsindən danışıb. BMT-nin yerinə yetirilməyən 4 qətnaməsindən, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətindən bəhs edən bölmə sədri ABŞ, Rusiya, Fransa və qardaş Türkiyənin məsələ ilə bağlı mövqeyini dəyərləndirib.

“2020-ci ilin 27 sentyabrında müzəffər ordumuzun başladığı hərbi əməliyyatlar 44 gün sonra işğalçı Ermənistanın kapitulyasiya aktına imza atması ilə başa çatdı. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi”, - deyən İsmayıl Hacıyev xatırladıb ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci ildə imzaladığı sərəncamla 27 sentyabr tarixi Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilmişdir.

Lakin ötən 3 il ərzində Ermənistan adəti üzrə terror əməllərindən əl çəkməmiş, bu qeyri-insani fəaliyyətini davam etdirmişdir. Azərbaycanın erməni terrorçularına qarşı başlatdığı 19-20 sentyabr antiterror əməliyyatı nəticəsində qanunsuz erməni silahlı birləşmələri şanlı ordumuz qarşısında ağ bayraq qaldırmış, Qarabağın erməni icmasının nümayəndələri ilə görüş keçirilmişdir. Akademik keçirilən görüşün nəticələri barədə konfrans iştirakçılarına məlumat verib.

Konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük laborantı Əli Tağıyevin “Dağlıq Qarabağ problemi: tarix və müasirlik”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “ATƏT-in Minsk qrupunun Qarabağ probleminin həllindəki “fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qələbəsi” və tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “İkinci Qarabağ müharibəsinin nəticələri: Şuşa Bəyannaməsi və Zəngəzur dəhlizi məsələləri” adlı məruzələri dinlənilib.

Məruzələrdə Azərbaycanda xanlıq idarəetmə üsulunun formalaşmasından başlayaraq günümüzədək Qarabağ bölgəsində baş verən mühüm tarixi hadisələr diqqətə çatdırılıb, ermənilərin torpaqlarımıza məqsədli köçürülməsindən, xalqımıza qarşı həyata keçirdikləri milli qırğın və işğalçılıq siyasətindən söz açılıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən, ələ keçirilən mühüm qənimətlərdən, Azərbaycan-Ermənistan münasibətlərində son vəziyyət, ölkəmizin qətiyyətli mövqeyindən bəhs olunub. tarixi əhəmiyyətinə, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın beynəlxalq aləmə verəcəyi töhfələrə, dəhlizin önəminə diqqət çəkilib.

Anar ƏLİ




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Region