USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Komitə sədri Anar Quliyev Cəlilabadda vətəndaşlarla görüşüb


  • Region
  •  10:37 15.09.2023
  •  16
https://img.baki-baku.az/news/2023/09/photo_8266.jpg

Rayonlar üzrə daxil olan müraciətlərin dinlənilməsi və aidiyyəti üzrə həllini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sentyabrın 14-də Cəlilabad şəhərində vətəndaşlarla görüşüb.

Komitədən bildirilib ki, görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.

Görüşdə vətəndaşların əsasən qeyri-yaşayış obyektlərinin layihələndirilməsi ilə bağlı sualları cavablandırılıb, həmin obyektlərin tikintisinin planlı və şəhərsalma qanunvericiliyinin tələbləri çərçivəsində aparılmasının vacibliyi vurğulanıb.

Həmçinin görüş zamanı sakinlər tərəfindən qaldırılan digər müraciətlər də qeydə alınıb, həlli üçün zəruri tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.




Redaktorun seçimi

Fransanın Cənubi Qafqaz pozuculuğu
  • Daxili siyasət
  • 10:28 03.10.2023
Fransanın Cənubi Qafqaz pozuculuğu
Yüksək xidmət–aşağı qiymət
  • İqtisadiyyat
  • 14:34 02.10.2023
Yüksək xidmət–aşağı qiymət
Sülh “məlhəmi” və Femida
  • Daxili siyasət
  • 14:32 02.10.2023
Sülh “məlhəmi” və Femida

Region